Əsas Səhifə > Siyasət, Manşet > ELDAR ƏZİZOV İNDİ DƏ BAKIYA GƏLİR

ELDAR ƏZİZOV İNDİ DƏ BAKIYA GƏLİR


5-01-2012, 12:34
ELDAR ƏZİZOV İNDİ DƏ BAKIYA GƏLİR

SUMQAYITIN İCRA BAŞÇISI HACIBALA ABUTALIBOVUN YERİNƏ NAMİZƏDDİR

DİA.AZ: - Hələ Gəncə şəhərinə rəhbərlik etdiyi dönəmlərdə Sumqayıtın hazırki icra başçısı Eldar Əzizovun Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin ediləcəyi haqda məlumatlar yayılsa da, bu gözləntilər özünü doğrultmadı. Gəncədə sonra Eldar Əzizov Sumqayıta transfer olundu. Lakin bu təyinata baxmayaraq, Eldar Əzizovun yenə də Hacıbala Abutalıbovun postunda gözünün qaldığı ilk günlərdən hakimiyyət dəhlizlərindən eşidilməyə başladı.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan son məlumatlar da təsdiqləyir ki, əslində Eldar Əzizovun BŞİH-ə gəlişi ilə bağlı məsələnin hələ də gündəmdə qalması, aktuallığını itirməməsi ilə bağlı deyilənlərdə kifayət qədər həqiqət payı var.

Prezident Administrasiyasına yaxın çevrələrdən əldə etdiyimiz bilgilərə görə, bu il, daha dəqiqi «Avroviziya-2012» beynəlxalq mahnı yarışmasının ardından bir sıra kadr islahatları nəzərdə tutulub ki, onların içində də Hacıbala Abutalıbovun istefaya göndərilməsilə bağlı planlar var. Xatırladaq ki, bəzi qaynaqlar abutalıbovun hətta baş nazir postuna təyin ediləcəyini di istisna etmirlər. Amma istənilən halda onun gediş vaxtının artıq yetişdiyi tam olaraq təsdiqlənir.

Qeyd olunan mənbəmiz isə bildirir ki, Hacıbala Abutalıbovun yerinə Eldar Əzizov bu gün ən şanslı namizəddir: «Hətta onun Sumqayıta yeni təyin olunması məsələsi də burada əngəl rolunu oynaya bilmir. Çünki Əzizovun namizədliyini hakimiyyətin çox nüfuzlu simaları dəstəkləyir».

Onu da bildirək ki, Hacıbala Abutalıbovun yerinə namizəd olaraq adı çəkilənlərdən biri də, Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovdur. Bildirək ki, Mərdan Camalov hazırda Şirvan şəhər icra başçısı postunu tutur. Və məlumatlara görə, birbaşa olaraq prezidentlə çox yaxın münasibətlərə malik olan Yavər Camalov qardaşının BŞİH-ə təyin olunması üçün dəridən-qabıqdan çıxır və hətta bu yöndə müəyyən dəstəyə də malikdir.

Amma buna rəğmən Eldar Əzizovun yetərincə şanslı olduğunu iddia edən qaynaqlarımız bildirirlər ki, bu məsələni bir növ bitmiş də hesab etmək olar: «Çünki Əzizovun məsələsi ən üst səviyyədə həll edilib».


Geri qayıt