Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏDƏ YENİ İL KORRUPSİYASI
GƏNCƏDƏ YENİ İL KORRUPSİYASI5-01-2012, 11:59 |
ELMAR VƏLİYEV UŞAQ BAĞÇALARINA HÜCUMA KEÇİB DİA.AZ: - Daha bir ili yola saldıq. Və artıq yeni il bayramı ilə balı tətil günləri də geridə qaldı. Deməli, hər kəs işinin başına qayıdıb. Elə məmurlarımız da. Əldə etdiyimiz faktlardan isə aydın olur ki, işinin başına qayıdar-qayıtmaz hərəkətə keçənlər də yetərincədir. Xatırladaq ki, keçən ilin dekabr ayında prezident İlham Əliyev Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə qərar verilib. 1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də bu Sərəncamla bağlı zəruri dəyişikliklərin layihəsinin bir ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin. Bildirək ki, bu sərəncam gözlənildiyi kimi, icra hakimiyyəti başçıları üçün əlavə gəlir mənbəyinə çevrilib. Mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürdüyü informasiyaya görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev sərəncamın ilk xeyrini görənlərdəndir. Bu barədə Gəncədəki qaynağımızın söylədikləri: «Bu gün səhər saatlarında Gəncədəki bütün uşaq bağçalarının, uşaq evlərinin və bu tipli digər qurumların rəhbərləri icra hakimiyyətinə çağrılıb və onlarla birgə toplantı keçirilib». Mənbə bildirir ki, toplantıda prosedura uyğun yeni təlimatlarla yanaşı, bağça müdirlərinə icra başçısının ismarıcları da çatdırılıb: «Hər bir qurum rəhbəri ilə ayrılıqda olaraq vəzifədə qalıb-qalmayacağı ilə danışıq aparılıb. Və vəzifədə qala bilməsinin müqabilində konkret pul istənilib». Mənbəmizin iddialarına görə, ən az istənilən məbləğ 15 min manatdır: «Hətta daha böyük müəssisə rəhbərindən 30 min manat pul istənilib». Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, artıq toplantı başa çatıb və icra başçısının mesajını alan uşaq evlərinin müdirləri düşünməyə gediblər. Mövzu diqqətimizdədir. Geri qayıt |