Əsas Səhifə > Ölkə, Manşet > ANTİKORRUPSİYA TƏDBİRLƏRİ ÖZƏL ŞİRKƏTLƏRƏ KEÇİR
ANTİKORRUPSİYA TƏDBİRLƏRİ ÖZƏL ŞİRKƏTLƏRƏ KEÇİR26-09-2011, 15:00 |
HAKİMİYYƏT NƏZARƏTDƏN KƏNAR PULLARI HƏDƏFƏ ALIB DİA.AZ: - Bunca təbliğata baxmayaraq, rəsmi Bakının sürdürdüyü antikorrupsiya tədbirləri nə beynəlxalq aləmdə, nə də yerli ictimaiyyət tərəfindən ciddi qəbul edilməkdədir. Hətta son günlərin addımları, həyata keçirilən həbslər belə daha çox kosmetik mahiyyət daşıdığından yenə də nələrisə dəyihəcək, hansısa əks-qənaəti formalaşdıracaq iqtidarda deyil. Bu səbəbdən hakimiyyətin yeni planlar üzərində baş sındırdığı bildirilir. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) hökumət içindəki qaynaqlardan ötürülən informasiyaya görə, məhz bu prosesdə maraqlı tərəf kimi çıxış edən beynəlxalq təşkilatların, xüsusən də Azərbaycanda antikorrupsiya tədbirlərini maliyyələşdirən Dünya Bankının gözünə kül üfürülməsi məqsədilə YAP iqtidarı antikorrupsiya tədbirlərinin yeni mərhələsinə start verməyə hazırlaşır. Məlumatlı mənbə bildirir ki, bu dəfə özəl şirkətlər hədəfə alınacaq: «Bu şirkətlərin də hamısı yox. Yəni burada hədəfə alınan şirkətin korrupsiyaya uğramasından daha çox, onun hansı çevrəyə yaxın olduğu və yaxud da heç kimin nəzarətində olmaması əsas götürüləcək». Mənbənin qeydlərinə görə, hakimiyyət bu yolla əslində «bir güllə ilə iki dovşan vurmuş» olacaq: «Bir tərəfdən yenə də DB kimi beynəlxalq təşkilatları tədbirlərinin səmimiyyətinə inandırmağa çalışacaq, digər tərəfdən də nəzarətindən kənarda qalan pullarla bağlı istədiyi qərarı vermiş olacaq». Geri qayıt |