Əsas Səhifə > Cəmiyyət / Manşet > ABBAS ABBASOV TƏLƏBƏLƏRİ SATIN ALMAQ İSTƏYİR

ABBAS ABBASOV TƏLƏBƏLƏRİ SATIN ALMAQ İSTƏYİR


3-07-2013, 14:45
ABBAS ABBASOV TƏLƏBƏLƏRİ SATIN ALMAQ İSTƏYİR
В«BÖYÜK OKTYABRВ»A QOŞULANLAR TƏQAÜD ALACAQ

DİA.AZ: - Rusiyada yeni bir təşkilat yaranır. Bu ilginc məlumatı DİA.AZ-a Moskvada yaşayan soydaşlarımız xəbər verib. Mənbə iddia edir ki, hələlik hazırlıq gedir. Ən maraqlı olanı isə təşkilatın adı ilə bağlıdır.

Mənbənin söylədikləri: В«Yeni təşkilat demək olar ki, В«Milyarderlər İttifaqıВ» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının nəzdində yaradılır. Əsasən Rusiyanın ayrı-ayrı ali məktəblərində təhsil alan azərbaycanlıları birləşdirəcək. Və hətta şirnikləndirmə üçün təşkilata üzv olan tələbələrə təqaüd də kəsiləcəkВ».

Mənbə bildirir ki, yeni təşkilatın adı В«Böyük OktyabrВ» Gənclər Hərəkatı olacaq: В«Hər halda Azərbaycanda və eləcə də keçmiş SSRİ məkanında bu adın hansı anlamı ehtiva etməsi hər kəsə aydındır. Maraqlı orasıdır ki, bu ad altında təşkilatın yaradılmasını himayə edən Abbas Abbasov artıq В«Böyük OktyabrВ»ın elanından sonra əsl mövqeyini tam olaraq ifadə etmiş olacaqВ».

Geri qayıt