Əsas Səhifə > Gündəm, Manşet > YEVLAXIN KƏNDLƏRİ DƏ AYAĞA QALXDI
YEVLAXIN KƏNDLƏRİ DƏ AYAĞA QALXDI21-12-2011, 12:05 |
MƏMUR ÖZBAŞINALIĞI İNSANLARIN SƏBR KASASINI DAŞDIRIB DİA.AZ: - Artıq Azərbaycanın bölgələrində insanlarımızın səbr kasaları daşmaq üzərədir. Dünənə qədər «dözümlü xalq» adlandırılan və başına sığal çəkilib min bir oyuna salınan camaatımız artıq baş verən epybəcərliklərə dözmək niyyətində olmadığını zaman-zaman ortaya qoymaqdadır. Ki, bunun da ən bariz nümunələrindən biri Lənkəranda yaşandı. Lakin digər bölgələrimizdə də insanların əsəbləri tarıma çəkilib və bu şiddətin partlayış həddinə yetişməsi an məsələsidir. Hər halda, sosial problemlər məngənəsində boğulan xalq artıq siyasi manipulyasiyalar hesabına iqtidarda qalan YAP hakimiyyətinə Qarabağ problemindən istifadə şansını da tanımaq niyyətində deyil. Yəni dünənə qədər «keçid mərhələsindəyik», «Qarabağ problemimiz var» kimi bəhanələr bu hakimiyyətin işinə yarayırdısa, artıq bu kimi nağıllara inananlar da yoxdur. Vəziyyə günü gündən şiddətlənir. Daha bir gərginlik ocağının isə Yevlax rayonu ola biləcəyi şübhəsizdir. Bu gün səhər saatlarında Yevlax rayonundan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan aydın olur ki, rayonda məmur özbaşınalığı pik həddinə çatıb. Artıq yerli sakinlər icra strukturlarının, bələdiyyələrin min bir bəhanə ilə xalqı talamasına dözmək niyyətində deyillər. Rayondakı qaynaq bildirir ki, səhər saatlarında Bəydilli kəndindəki orta məktəbin müəllimləri və kənd camaatı ayağa qalxıblar. Səbəbsə məktəbə verilən elektrik enerjisinin kəsilməsi, məktəblilərin soyuq otaqlarda dərs keçməsi olub. Mənbə bildirir ki, elektrik enerjisinin bərpasını tələb edən sakinlərdən yerli bələdiyyənin sədri Allahverdi Allahverdiyev 60 manat pul tələb edib: «Müəllimlərə bildirib ki, həmin pulu şagirdlərdən yığsınlar və bundan sonra məktəbə gələn kabel dəyişdiriləcək». Artıq kənd sakinlərinin rayon mərkəzinə şikayətə getdiyi də bildirilir. Mövzu diqqətimizdədir. Geri qayıt |