Əsas Səhifə > Siyasət, Manşet > MÜXALİFƏTƏ QARŞI TƏXRİBAT PLANI
MÜXALİFƏTƏ QARŞI TƏXRİBAT PLANI21-12-2011, 11:37 |
HAKİMİYYƏT CİB MÜXALİFƏTİNƏ KÜLLİ MİQDARDA PUL AYIRIB DİA.AZ: - Son günlər cib müxalifəti düşərgəsində ciddi bir fəallaşma müşahidə olunur. Bu barədə məlumatı verən sözügedən cinahdakı qaynağımızın bildirdiyinə görə, sözügedən qrupa aid partiyaların rəhbərləri kisələrinin ağzını açıblar. Bu da təbii ki, onların şəxsi vəsaitlərini partiyalarına xərcləmələri anlamını daşımır. Mənbə iddia edir ki, sədrlər hakimiyyət tərəfindən müəyyən olunmuş ənənəvi maliyyə kanallarının yenidən fəallaşması hesabına səxavətli olublar. Bununla bağlı «Dünya» İnformasiya agentliyi redaksiyasına (diaaz.space) bir başqa mənbədən ötürülən informasiyada isə bildirilir ki, cib müxalifəti cinahının fəallaşması təsadüfi deyil: «Bütün bunlar hakimiyyətin konkret planının tərkib hissəsidir». Qeyd edək ki, gələn ilin fevral-mart aylarından etibarən siyasi müstəvidə çox ciddi proseslərin baş verəcəyi prrqnozlaşdırılır, hətta bəzi Qərb analitikləri Azərbaycanda «Ərəb Baharı»nın məhz bu dönəmdə effekt verəcəyini bildirirlər. Bütün bunları xatırladan mənbəmiz vurğuladı ki, rəsmi Bakı da ehtiyat tədarükünü görməkdədir: «Bu gün cib müxalifətindən ənənəvi qaydada istifdə niyyəti var. Onların hesabına cəmiyyətdə, xüsusən də narazı eloktoratda çaşqınlıq yaradılır, eyni zamanda əksər halarda real müxalifət qüvvələrinin özləri belə bu çaşqınlığın qurbanı olurlar. Hakimiyyət də yenə də köhnə alətlərini sazlama dövrünə qədəm qoyub. Odur ki, bu gün cib müxalifətinin cibinin gülümsəyən vaxtıdır». Mənbəmiz iddia edir ki, ümumilikdə olaraq sözügedən qrupun fəallaşması məqsədilə təxminən 1 milyon manata yaxın vəsait ayrılıb: «Bunun adına qeyri-rəsmi qrant da deyə bilərik. Amma məqsəd aydındır: cəmiyyətdə çaşqınlığın yaradılması hesabına siyasi müstəvidə hadisələrin iqtidarın maraqlarına uyğun şəkildə cərəyan etməsinin təmini». Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, müxalifətə qarşı təxribat planının icrası da nəzərdə tutulub: «Bu məqsədlə bu gün əksəriyyətin müxalifət kimi qəbul etdiyi qüvvələrdən birinin üzərinə öhdəlik qoyulub. Təxribatın hansı formada olacağını isə görəcəyik. Tək bəlli olanı odur ki, söhbət yüzlərlə müxalifətçinin hədəfə alınmasından gedir». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |