Əsas Səhifə > Hadisə, Manşet > SOROS-UN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIR
SOROS-UN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIR13-12-2011, 15:22 |
TEHRANLA BAKI ARASINDAKI GİZLİ ANLAŞMANIN YENİ MƏQAMLARI DİA.AZ: - Bir müddət öncə Açıq Cəmiyyət İnstitutu-Yardım (Soro) Fondunun Azərbaycandakı ofisinin bağlanması haqda xəbər yayıldı. Bir müddət öencə təşkilat bu məlumatı təkzib etsə də sonradan Soros fondunun Bakı ofisinin layihələrinin dayandırılması təşkilatın fəaliyyətində problemlər olduğunu xəbər verir. Maraqlıdır ki, hər zaman ictimaiyyətə açıq olan Sorros fondu baş verənlərlə bağlı tam açıqlama vermir. Rəsmi məlumatlarda yalnız o bildirilir ki, fondun işinin yenidən təşkil olunması prosesi gedir. Amma heç kəsə sirr deyil ki, bu yalnız bəhanədir. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumata görə, Corc Soros artıq fondun idarə edilməsi prosesindən uzaqlaşıb və bu posta onun oğlu gətirilib. Yeni rəhbər isə qurumun yeni siyasətini müəyyənləşdirir. Azərbaycandakı ofisin bağlanması, yaxud dja layihələrin dayandırılması da buradan qaynaqlanır. Bakıdan öncə Fondun Gürcüstandakı ofisi qapadılıb və az sonra yeni strukturla yenidən fəaliyyətə başlayıb. Hazırda Qazaxıstanda da Soros Fondunun bağlanması prosesi həyata keçirilir. Mənbə bildirib ki, il ərazində fondun Azərbaycan ofisindən təxminən 250 QHT qrant alır. Bu QHT-lər digərləri ilə müqayisədə nisbətən işləkdirlər və layihələri həyata keçirirlər. Amma onların arasında elələri var ki, ümumiyyətlə cəmiyyətdə tanımırlar. Ölkənin bəzi məşhur QHT-ləri də bu fonda müraciət etsələr də, layihələrini keçirə bilməyiblər. Amma bizə məlumat verən mənbənin sözlərinə görə Fondun Azərbaycandakı fəaliyyəti ilə bağlı yaranmış problemlərin arxasında başqa siyasi səbəblər var. Mənbəmiz əsas səbəb kimi İran ətrafında baş verən proseslər göstərir. Mənbə iddia edir ki, Sorosun fəaliyyətinin məhdudlaşdırılması Tehranla son ünsiyyəti ilə bağlıdır. Belə ki, Tehranın rəsmi Bakıdan istədiyi məsələlərdən biri də məhz sözügedən qurumla bağlı olub. Xatırladaq ki, bir müddət öncə İrandan Soros fonduna qarşı ciddi ittihamlar səslənmişdi. ABŞ-ın CNN televiziyasına müsahibə verən məşhur amerikalı biznesmen və xeyriyyəçi Corc Soros İran hakimiyyətinin sonuncu ilini yaşadığını demişdi: «İran İslam respublikası bir ildən artıq sürməyəcək. Çünki xalqın rəftarı dəyişib». Buna cavab olaraq isə İran İnqilab Keşikçiləri Korpusu «Sepah» kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Taib ABŞ hökumətini məhz Soros fondu vasitəsilə 2012-ci ilin qışında ölkədə məxməri çevriliş etməyə hazırlaşmaqda günahlandırdı. İnqilab prokurorları və hərbi prokurorların yığıncağında çıxış edən Hüseyn Taib deyib: «Amerikalılar yeni bir ictimai dalğa yaratmağa çalışacaqlar. Daha sonra ölkənin təhlükəsizlik və hüquq mühafizə təşkilatlarını məşğul etməklə yormağı, 2012-ci ilin əvvəlində ölkədə məxməri çevrilişə zəmin yaratmağı hədəf kimi götürüblər. Onlar məxməri çevrilişlə İran İslam respublikasını devirmək, öz mənafelərinə uyğun davranan hakimiyyəti iş başına gətirmək istəyirlər». Bizimlə söhbət edən mənbə Soros fondunun Bakı ofisinin fəaliyyətində yaranan məhduüdiyyətlərin də məhz İranın sifarişi əsasında baş tutduğunu bildirir: «Tehran ABŞ-ın bu ölkənin daxilində planlaşdırdığı prosesin əsas maliyyə qaynağı kimi Soros fondunu gbörür. Həmin fondun İrana təsirinin ən ideal vasitəsi isə Azərbaycandandır. Buna görə də Tehran fonlu öz sərhədlərindən uzaqlaşdırmaq istəyir, rəsmi Bakı isə başqa istəklərini həyata keçirmək üçün bu tələbə boyun əymək məcburiyyətindədir» Geri qayıt |