Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENTI ALDADAN İCRA BAŞÇISI

PREZİDENTI ALDADAN İCRA BAŞÇISI


13-12-2011, 14:21
PREZİDENTI ALDADAN İCRA BAŞÇISI

GÖYÇAY RAYON RƏHBƏRİNİN 14 MİLYONLUQ MAXİNASİYASI

DİA.AZ: - Göyçay rayon sakinləri “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) şikayət məktubu ilə müraciət edib. Məktubda qeyd olunur ki, prezidentin də açılışında iştirak etdiyi içməli su xətti hələ də işləmir. Sakinlər bildirirlər ki, dəfələrlə rayon rəhbərliyinə, dövlət qurumlarına müraciət etsələr də faydası olmayıb:

«Göyçayda su problemi həll olunmur, mətbuat dəfələrlə şikayətimizi yuxarı instansiyalara çatdırıb. Ancaq eşitməzlikdən gəlirlər. Əhaliyə Qəbələdən gələn radiasiyalı və çirkab sular içirdilir. Halbuki ötən ilin fevralında prezidentin də açılışında iştirak etdiyi su xətti istifadəyə verilib. Ancaq su xətti işləmir».

Məktubda bildirilir ki, içməli su təchizatı üçün 14 milyon vəsait xərclənib. Ancaq həmin pullar havaya sovrulub. Rayonu içməli su ilə təchiz edəcək 2 su xəttindən biri artıq işləmir, digəri isə keyfiyyətsiz borulardan ibarətdir. Su süzgəcləri işlək vəziyyətdə deyil, sutəmizləyici qurğular isə yoxdur. Daha sonra sakinlər icra başçısı Mənsur Məmmədovun fəaliyyətindən şikayətləniblər: «Sabir adına istirahət parkı əvvəlcə uşaq əyləncə mərkəzinə çevrildi. İndisə parkı satıb yerində böyük şadlıq evi tikirlər. Heydər Əliyev Fondunun himayəsində olan internat məktəbinin həyətinin bir hissəsi də satılıb. İcra başçısı internatın bir hissəsini Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin müdiri Elşən Şirinova və onun yaxın qohumlarına verib. Bir hissəsində isə deputat Elxan Süleymanovun «Oskar» mağazalar şəbəkəsi fəaliyyətdədir. Daha bir hissə Mingəçevirin icra başçısı Mübariz Ağayevin yaxın qohumlarına satılıb».


Geri qayıt