Əsas Səhifə > Hadisə, Manşet > ƏLİ HƏSƏNOVU DANLAYIBLAR
ƏLİ HƏSƏNOVU DANLAYIBLAR12-12-2011, 14:12 |
UĞURSUZ İRAN DANIŞIQLARI PA RƏSMİSİNİ ÇƏTİN DURUMA SALIB DİA.AZ: - Bir neçə gün əvvəl İrana üçgünlük səfərə gedən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov çətin duruma düşüb. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) hökumət içindəki mötəbər mənbələrdən məlumat daxil olub. Xatırladaq ki, Əli Həsənov İrana pozulmuş Azərbaycan-İran münasibətlərindəki gərginliyin azaldılmasına yardımçı olmaq məqsədilə danışıqlara getmişdi. Lakin PA rəsmisinin İrandan dönüşündən cəmi bir gün sonra fras-molla rejiminə aid təbliğat vasitələrində Azərbaycanın əleyhinə çox şiddətli kampaniya başladı. Elə Əli Həsənovun özünə qarşı da molla təxribatları gücləndi. Onun «hicabın islama aidiyyatı yoxdur» fikrini əldə bayraq edən iranlı aətullahlar PA rəsmisinin cəzalandırılmasını da tələb etdilər. Digər yandan isə ölkə prezidenti İlham Əliyev də terrorla hədələndi. Mənbələr bildirir ki, münasibətlərin məhz bu məcraya ön alması rəsmi Bakıda qəzəblə qarşılanıb: «Təbii ki, Azərbaycan prezidentinin həyatı belə söz konusudursa, məsələ çox ciddidir. Doğrudur, bu gün İlham Əliyev mühafizə baxımından ən yaxşı qorunan prezidentlərdən biridir. Amma buna rəğmən vəziyyətin belə bir şəkil alması Azərbaycan hakimiyyəti üçün heç də ürəkaçan hesab oluna bilməz». Mənbəmiz qeyd edir ki, buna görə də qəzəbli Bakı adekvat addımlar atmaq niyyətindədir: «Amma buna qədərƏli Həsənov da şiddətli şəkildə danlanılıb. İrandakı uğursuz danışıqların faturası PA rəsmisinə kəsilib». Mötəbər mənbənin iddialarında o da bildirilir ki, rəsmi Bakının adekvat addımlarını yaxın günlərdə izləyə biləcəyik. Onu da bildirək ki, bir neçə gün əvvəl İİR Tele-Radio Şirkətinın Bakıdakı ofis müdiri Azərbaycandan deportasiya olundu və bu hadisə İranda böyük qıcıq yaradıb. Bununla bağlı artıq AntiAzərbaycan ruhlu təbliğatı da gücləndiriblər. Həmn materiallardan birini diqqətinizə olduğu kimi çatdırırıq: “Bu hərəkət rəsmi Bakının beynəlxalq konvensiyalar və qanunlara laqeyd yanaşmasının nişanəsidir və buradan da aydın olur ki, Bakının demokratiya ilə bağlı iddiaları onların istəkləri çərçivəsində tərif olunur. "Arannews"in məlumatına əsasən, Qafqaz məsələləri üzrə ekspert Həsən Qulu bu agentliyin müxbiri ilə müsahibəsində AR-nın yüksək rütbəli nümayəndə heyətinin Tehran səfərindən qayıtmasından bir neçə gün sonra İİR Tele-radio Şirkətinın Bakıdakı ofisinin müdirinindeportasiyasında Bakının qeyri-diplomatik rəftarı barədə bir neçə nöqtəni açıqlamışdır və onlar bu şərhlədir: 1. Ekspertlərin Azərbaycan Respublikasında yeni diktaturanın mövcudluğu barədə söylədikləri doğrudur və Bakı dövlətinin son hərəkəti bunu bir daha təsdiq etdi. Əli Həsənov və İran rəsmilərinin media sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsinə təkid etmələrinə baxmayaraq, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Azərbaycan Respublikasından deportasiya edilməsi, bu ölkədən digər ölkələrə səfər edən rəsmi nümayəndələr tərəfindən səsləndirilən fikirlərin bir sıra digər Bakı rəsmiləri üçün heç bir dəyərə malik olmadığını göstərir.Azərbaycan Respublikası Prezident Administrasiyasınınqərarları sionistlərə məxsus olan qanad tərəfindən müəyyənləşir, hətta ölkənin prezidenti də onu dəyişməyə qadir deyil. 2. Azərbaycan Respublikasında keçirilən Aşura mərasimlərinin bu ofis tərəfindən əks etdirilməsinin ardıncaTele-Radio Şirkətinın Bakıdakı ofisinin müdirinindeportasiyası, Bakı dövlətinin anti-şiə siyasətlərinin nəticəsiz qaldığını göstərən Azərbaycan müsəlmanlarının əhli-beytə (ə) məhəbbətini mətbuatda işıqlandırmaq, Bakı dövlətinin zövqünə toxunub, bunun əvəzini çıxmaq, bəlkə də bir daha buna oxşar hadisənin təkrarlanmaması üçün bu rəftara yol verib. 3. Yuxarıdakı hərəkət rəsmi Bakının beynəlxalq konvensiyalar və qanunlara laqeyd yanaşmasının nişanəsidir və buradan da aydın olur ki, Bakının demokratiya ilə bağlı iddiaları onların istəkləri çərçivəsində tərif olunur. 4. Yuxarıdakı hərəkət Azərbaycan Respublikası hökumətinin İran ilə əlaqələrin genişləndirilməsində maraqlı olması ilə bağlı iddialarının səmimi olmadığını göstərir. Geri qayıt |