Əsas Səhifə > Ölkə, Manşet > AYAZ MÜTƏLLİBOV BAKIDA NƏ EDƏCƏK?
AYAZ MÜTƏLLİBOV BAKIDA NƏ EDƏCƏK?9-12-2011, 16:06 |
RƏSMİ BAKI İRANIN QARŞISINA «MÜTƏLLİBOV KARTI»NI ÇIXARIR DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra artıq geri dönəcəyi şübhə doğurmayan müstəqil Azərbaycanın ilk dövlət başçısı, hazırda Rusiyada mühacir həyatı yaşayan Ayaz Mütəllibovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Belə ki, hökumət içindəki qaynaqlardan «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) ötürülən məlumatlara görə, sabiq prezidentlə rəsmi Bakı arasında danışıqlar hələ də davam edir. Mənbə bildirir ki, Ayaz Mütəllibov hələ Bakıda olarkən onun nəvəsi qəza törətmişdi və danışıqların predmetlərindən biri də bununla bağlı olub: «Ayaz Mütəllibov onunla kontaktda olan rəsmi Bakı elçilərindən nəvəsinə qarşı hüquqi addımın atılmamasını xahiş edib. Və onun xahişi də qubl olunub». «Lakin əsas müzakirə mövzusu heç də qəza ilə bağlı olmayıb» deyən mənbəmiz bildirir ki, Ayaz Mütəllibovun hakimiyyətlə əməkdaşlığı da istənilib: «Mütəllibovdan rəsmi Bakı ilə birgə hərəkət istənilib və o da edilən təklifə razılaşıb». Qeyd edək ki, son zamanlar Azərbaycan hakimiyyəti ölkədəki iranmeyilli qüvvələrlə bağlı ciddi problemlər yaşayır. Həmin qüvvələrin isə əsasən Bakıda, Gəncədə, Aran zonasında, Cənub və Şirvən bölgələrində daha sıx məskunlaşdığı bir faktdır. Bildirək ki, həmin zonada keçmiş prezidentAyaz Mütəllibovun da kifayət qədər böyük nüfuzu var. Və son zamanlar həmin bölgə məskunlarının siyasi proseslərdən təcrid olunması, bir siyasi region kimi əhəmiyyətini itirməsi son nəticədə İranın fəaliyyətə keçməsinə, qeyd olunan siyasi məkanda böyük qüvvə toplaya bilməsinə nədən olub. Elə buna görə də bu gün İran əsas istinad nöqtəsi kimi məhz adını çəkdiyimiz bölgələrə istinad edir. Bunun da nəticəsində bu gün həmin bölgə mənsubları az qala Azərbaycan əleyhinə fəaliyyətə belə cəlb olunurlar. Bu baxımdan bu gün rəsmi Bakının həmin bölgələrdə İranın qarşısına alternativ bir liderin, ideologiyanı çıxarmasına bərk ehtiyacı var. Məlumatlı mənbəmiz idida edir ki, məhz bu səbəbdən Ayaz Mütəllibova əməkdaşlıq təklif edən rəsmi Bakı «İrandansa Mütəllibov yaxşıdır» prinsipi ilə hərəkət etməyə üstünlük verir: «Mütəllibovun əsas missiyası yenidən həmin bölgələrin liderinə çevrilməkdir. Və burada əsas məram əslində İranın tərkisilah olunmasına xidmət etməkdirsə, bir başqa məram da həmin qüvvələrin tədrici olaraq hakimiyyətin eloktoratına çevrilməsi niyyətindən ibarətdir». Artıq Moskvada belə bir anlaşmanın qəbul olunduğunu bildirən mənbəmiz maraqlı bir açıqlama da verdi: «Ayaz Mütəllibov Bakıya dönəndən sonra ya yeni bir partiya yaradıb, həmin missiyasını həyata keçirəcək, ya da hal-hazırda rəhbərlərindən olduğu Sosial Demokrat Partiyasının çətiri altında bu işləri görəcək. Amma daha çox inandırıcı olanı birinci versiyadır. Çünki ASDP yerli cəmiyyətdə kifayət qədər etimaddan düşmüş bir təşkilat olduğundan Mütəllibovun bu siyasi çətir altında hansısa ciddi bir prosesi həyata keçirə bilməsi inandırıcı deyil». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |