Əsas Səhifə > Ölkə, Manşet > OLİQARX-MƏMURLAR ÜÇÜN BƏD XƏBƏR

OLİQARX-MƏMURLAR ÜÇÜN BƏD XƏBƏR


23-09-2011, 16:09
OLİQARX-MƏMURLAR ÜÇÜN BƏD XƏBƏR

QİYMƏTLƏRİN AŞAĞI SALINMASI ÜÇÜN İNHİSARÇILIĞA «YOX» DEYİLİR

Azərbaycanda ayrı-ayrı biznes sahələrinin inhisar altında olması faktdır. O da faktdır ki, oliqarx-məmurlar hətta tum satışına belə nəzarəti öz əllərinə alıblar. Məsələn, bu gün kimsənin ixtiyarı çatmır ki, Bəylər Əyyubovun icazəsi olmadan ölkəyə banan gətirsin.

Amma deyəsən, vəziyyət dəyişə bilər. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) hökumət içindəki mənbələrdən çatdırılan xəbərlərdə bildirilir ki, son günlər bazarlarda müşahidə olunan bahalaşma hakimiyyətin müəyyən güzəştlərə getməsinə səbəb olmaqdadır.

Belə ki, bir sıra istiqamətlərdə inhisarçılığın aradan qaldırılması yönündə konkret addımlar atılacaq ki, nəticədə yaradılması nəzərdə tutulan rəqabət mühitinin hesabına qiymətlərin aşağı salınması planlaşdırılır.

Mənbə bildirir ki, əsasən xaricdən gətirilən ərzaq və meyvə-tərəvəz üzərindəki inhisarçılığın aradan qaldırılması nəzərdə tutulur.

Bu istiqamətdə isə daha çox imkana sahibi olan şəxslərin Kəmaləddin Heydərovla Bəylər Əyyubovun olması faktdır. Deməli, son qərar yalnız bu iki məmurun cibinə ziyan edəcək.

Geri qayıt