Əsas Səhifə > Ölkə, Manşet > ŞAHİN MUSTAFAYEVİN KOBUD SƏHVİ
ŞAHİN MUSTAFAYEVİN KOBUD SƏHVİ6-12-2011, 13:59 |
FƏRHAD ƏLİYEV, HEYDƏR BABAYEV, ŞAHİN MUSTAFAYEV… SIRA KİMİNDİR? DİA.AZ: - İqtisadi inkişaf naziri postu Azərbaycanda ən oynaq mövqelərdən hesab olunur. Belə ki, Aazərbaycanın ilk iqtisadi inkişaf naziri Fərhad Əliyev kabinetindəcə həbs olundu. Ona qarşı ilk əvvəl «dövlət çevrilişinə cəhd» ittihamı irəli sürülsə də, Fərhad Əliyev korrupsiyaya görə mühakimə olunaraq 11 azadlıqdan məhrum edildi. Onun yerinə təyin olunan Heydər Babayevin də bu postda bəxti gətirmədi. Bildirək ki, həm Fərhad Əliyev və həm də Heydər Babayev əslində mərhum prezident Heydər Əliyevin etimad göstərdiy, gələcək haimiyyət komandası üçün yetişdirdiyi perspektivli kadrlar kimi qəbul olunurdu. Amma buna baxmayaraq, Fərhad Əliyevin ardından nazir təyin edilən Heydər Babayev mövqelərini uzun müddətə qoruya bilmədi. Onun vəzifəsindən alınmasının səbəbləri ilə bağlı mətbuatda müxtəlif informasiyalar səsləndi. Onların arasında ən populyar olan iki versiyanı bir daha xatırladırıq. Birinci versiya ondan ibarət idi ki, Heydər Babayev özünün doğum günündə hazırki mənsəbinə yüksəlişi ilə bağlı sağlıq deyib və bu zaman borclu olduğu şəxs kimi həyat yoldaşına təşəkkür edib. Və bu səbəbdən Heydər Babayevin qəzəb hədəfinə çevrildiyi bildirilir. Hətta həmin ərəfədə yayılan məlumatlarda qeyd olunurdu ki, Heydər Babayevin doğum günü mərasimində iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu şəkildə olan tostun ardıdan məclisi yarımçıq buraxıb. Yəni əslində təşəkkür edilməli ünvan prezident imiş. İkinci versiya isə bir qədər qeyri-etik məsələlərlə bağlıdır. Belə ki, Heydər Babayevin İngiltərədə yaşayan oğlunun öz həmcinsi ilə bağlı ailə həyatı qurması ilə bağlı məlumatlar dərc olundu. Və bu xəbəri yayan mətbu orqanlar idda edirdilər ki, hətta bu səbəbdən keçmiş nazirə yuxarılar tərəfindən oğlundan imtina da etməsi barədə müraciət olunub. Lakin buna rədd cavabı verildikdən sonra Heydər Babayevin karyerasına son qoyulub. Hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq artıq Heydər Babayev nazir postunda deyil. Və onun ardından da bir zamanlar vergilər nazirliyində çalışmış Şahin Mustafayev iqtisadi inkişaf naziri postuna gətirildi. Hələ ki, vəzifə başında qalmasına baxmayaraq onun da mövqelərinin oynaq olduğu bildirilir. Onu da bildirək ki, Şahin Mustafayev Kəmaləddin Heydərovun kadrı hesab olunur. Və elə buna görə də Şahin Mustafayev vəzifə başına keçdikdən sonra iqtsadi inkişaf naziri olaraq daha çox oliqarxların biznes maraqlarının keşikçisi kimi ad çıxardı. Bu gün iqtisadi inkişaf nazirliyinin sahibkarlara qarşı bir cəza mexanizmi rolunu oynadığı, inhisarçı məmurların biznes maraqları yolunda bir alətə çevrildiyi də faktdır. Amma buna rəğmən hər şeyin bir sonu var. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Şahin Mustafayevə gələn ilin may ayına qədər vaxt verilib: «Onun harda və necə səhv buraxdığı ictimailəşdirilmir. Hər halda bu səhv miqyas və əhəmiyyət baxımından ciddi kobudluq kimi qarşılandığından belə bir qərar verilib». Məlumatlı mənbə onu da bildirir ki, Şahin Mustafayevin yerinə isə daha gənc bir kadrın təyin edilməsi nəzərdə tutulub: «Ola bilsin ki, Dövlət Neft Fondunun strukturlarından İİN-ə kadr transferi baş versin. Hər halda, bu yöndə də tam dəqiqlik mövcud deyil. Amma qəti olanı Şahin Mustafayevin bir yanlışı ucundan görəvindən alınması ilə bağlı verilən qərardır». Onu da qeyd edək ki, İİN şefi postuna iddialılar arasında Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov da var. Xatırladaq ki, bir zamanlar Fərhad Əliyevin kadrı kimi tanınan və sonradan keçmiş nazirin üzünə duran Kərəm Həsənov bu gün hakim elitada çox ciddi etimad sahibidir və hətta onu da oliqarxlar sırasına aid edirlərö. Yəni Kərəm Həsənov bu gün nazir ola bilməsi üçün yetərincə şişmiş fiqurlardandır. Geri qayıt |