Əsas Səhifə > Siyasət, Manşet > KÜRD MAFİYASI AZƏRBAYCANDA

KÜRD MAFİYASI AZƏRBAYCANDA


6-12-2011, 13:18
KÜRD MAFİYASI AZƏRBAYCANDA

«DİPLOMAT»IN ARXASINDAN BƏYLƏR ƏYYUBOV ÇIXDI

DİA.AZ: - Dəfələrlə yazılmasına baxmayaraq, hələ də Azərbaycan hakimiyyəti bölücü kürdlərlə bağlı münasibətlərinə hansısa formada izahat verməyib. Həm İrandan, İraqdan və Türkiyədən köçürülən kürd ailələri ilə bağlı yaranmış qalmaqal, həm Azərbaycan parlamentinin hələ də PKK-nı terror təşkilatı kimi rəsmən tanımaması və həm də digər bu kimi məsələlər cəmiyyətdə şübhələrin ayaqlanmasına nədən olur.

Hər halda, rəsmi Bakının kürd məsələsinə hədsiz loyallığının bir səbəbi olmalıdır. Ona görə də bu günə kimi mətbuatda hakimiyyət içində bir kürd qruplaşmasının mövcud olması və bu cinahın yetərincə təsir gücünə malik olduğu haqda yazılanlara da inanmalı oluruq. Bəli, bu bir faktdır ki, Azərbaycanda bölücü-separatçı kürd qruplaşması böyük siyasi və iqtisadi qüdrətə malikdir. Və bu qruplaşma hətta ölkənin idarə olunmasında da müstəsna söz sahibidir.

Elə buna görə də bu gün Azərbaycanın mərkəzində oturub, Azərbaycan türk dövlətinin havasını udub, çörəyini yemələrinə rəğmən müəyyən qruplar var ki, açıq-aşkar türk düşmənçiliyi etməkdədirlər. Və bütün bu fəaliyyətin arxasında konkret olaraq hakimiyyətiçi kürd qruplaşmasının dayandığı da bir faktdır.

Bu günlərdə isə bir qrup kürd gənci adından öyrədilmiş bir şəxs Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanladı və həmin müraciətdə idda olunurdu ki, guya Azərbaycanda kürdlərin milli azlıq kimi hüquqları tapdanır. Bunun başdan-başa ağ yalan olmasına baxmayaraq, həmin tədbirin də məqsədli şəkildə təşkil olunduğu kimsə üçün sirr deyil.

Təbii ki, bu məsələnin görünən tərəfində dayanan «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleyman adlı şəxs də tək deyil və onu himayə edənlər var. Bildirək ki, Tahir Süleyman Bakıda «Diplomat-Kürd» adlı qəzet buraxır və rusca, türkcə, kürdcə səhifələri olan bu qəzetdə qardaş Türkiyənin və Türk dünyasının əleyhinə materiallar yerləşdirilir. Hər halda, belə bir nəşrin azərbaycanda mövcudluğu hər birimiz üçün təhqirdir.

Elə buna görə də, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı dəfələrlə bu qəzetin fəaliyyəti ilə bağlı parlamentdə məsələ qaldırmış və hətta ölkəmizin milli təhlükəsizlik nazirliyinə rəsmən sorğu da ünvanlamışdı. Amma buna baxmayaraq, necə ki Azərbaycanın Milli Məclisi PKK-ya münasibətində susur, eləcə də Azərbaycanın milli təhlükəsizlik nazirliyi «Diplomat»la bağlı məsələdə susmaq zorunda qaldı.

Bunun səbəbləri isə indilərdə aydın olur. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, əslində Tahir Süleymanın özünün separatçı fikirlərini açıq şəkildə yaymasına rəğmən hələ də toxunulmaz qalmasının nədəni onun Bəylər Əyyubovla qohum olması ilə bağlıdır.

Bu barədə mənbənin söylədikləri: «Doğrudur, Bəylər Əyyubov Tahir Süleymanın hazırki fəaliyyətini heç bir zaman dəstəkləməyib və hətta dəfələrlə ona iradlarını çatdırıb ki, bu təbliğatı dayandırsın, çünki onun adına bu məsələ ilə bağlı söz gələ bilər. Amma yenə də Tahir Süleymanın məhz Bəylər Əyyubova güvəndiyi, ona sığındığı bir faktdır».

Mənbəmiz bildirir ki, Tahir Süleyman Bəylər Əyyubovun xalasıoğlu ilə bacanaqdır: «Həmin xalası oğlu isə Qazaxda gömrüyün rəisidir. Və Bəylər Əyyubov bu gün Gürcüstandan Azərbaycana gətirilən mal-qaraya, meyvə-tərəvəzə məhz Qazax gömrük idarəsindəki dayaqları hesabına nəzarət edir».

Məlumatlarda o da bildirilir ki, həmin idxal biznesindən əldə olunan gəlirlər hesabına isə həm Tahir Süleymanın Azərbaycandakı separatçı fəaliyyəti maliyyələşir və həm də iki-gündən bir Şimali İraqdakı kürd separatçılarına da müəyyən yardımlar edilir: «Bu yardımları onlara çatdıran, araçılıq edən şəxs isə Tahir Süleymandır».

Məlumatlara görə, əslində bu faktlar hətta MTN-nin müvafiq idarələrində də var: «Amma Bəylər Əyyubovun nüfuzu imkan vermir ki, hansısa tədbir görülsün. Hər halda, bütün bu hərəkətlənmələrin Azərbaycan xalqının və dövlətinin milli maraqları baxımından təhlükəli olması da bir faktdır. Deməli, Bəylər Əyyubovun şəxsi və etnik maraqları Azərbaycan xalqının milli dövlətçilik maraqlarından daha ümdədir».


Geri qayıt