Əsas Səhifə > Ölkə, Manşet > ADNA-DA RƏHBƏR DƏYİŞİKLİYİ PLANLAŞDIRILIR
ADNA-DA RƏHBƏR DƏYİŞİKLİYİ PLANLAŞDIRILIR5-12-2011, 15:51 |
RAFİQ ƏLİYEVİ QOVAN REKTORUN BAŞI DƏRDDƏ DİA.AZ: - Bir müddət əvvəl Ziyalılar Forumundakı çıxışı zamanı hakimiyyətə qarşı sərt mövqeyinə görə, tanınmış elm adamı Rafiq Əliyevi Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdirliyindən azad edən sözügedən ali təhsil ocağının rektoru Siyavuş Qarayevin özü çətin duruma düşüb. Bu barədə redaksiyamızı məlumatlandıran təhsil nazirliyindəki qaynaqların sözlərinə görə, çoxdandır planlaşdırılan «rektor taraması» zamanı əsas hədəflərdən biri də ADNA-nın rəhbəridir. Xatırladaq ki, hələ sentyabr ayından mətbuatda belə bir məlumatlar dolaşırdı ki, 4 ali məktəbin rektoru vəzifəsindən azad ediləcək. Bu barədə “Dünya” İnforçasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumat verən mötəbər mənbənin sözlərinə görə, artıq Siyavuş Qarayevin də adı «qara siyahıya» salınıb: «Təbii ki, Siyavuş Qarayev Rafiq Əliyevə görə cəzalandırılmayacaq. Burada motiv başqadır. Amma istənilən halda cəmiyyət bu qərarı alqışlayacaq. Çünki ADNA rektoru bir müddət əvvəl də jurnalistlərdən birini haqsız olaraq akademiyadan xaric etməsilə beynəlxalq təşkilatların və yerli ictimaiyyətin qınaq obyektinə çevrilmişdi». Mənbəmiz bildirir ki, Siyavuş Qarayevlə bağlı qərar yaxın günlərdə elan oluna bilər. Geri qayıt |