Əsas Səhifə > Güney Press > NAFTALANDA İCRA BAŞÇISI İLƏ KEÇMİŞ DEPUTATIN DAVASI
NAFTALANDA İCRA BAŞÇISI İLƏ KEÇMİŞ DEPUTATIN DAVASI18-04-2013, 18:10 |
![]() Naftalanın gənc İcra başçısı heç kimi saymır və heç kimlə də hesablaşmaq istəmir. Belə ki, Natiq Aslanovun Naftalan əhalisi ilə münasitətsiz davranışları Naftalanda sosial gərginliyin yaranmasına səbəb olub. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Natiq Aslanovun saymazyana hərəkətləri və əhaliyə qarşı kobud davranışı ilə Naftalan şəhər sakinlərini özündən incidib. Belə ki, vaxtının çoxunu istirahət mərkəzlərində əyləncəjə sərf edən icra başçısı köməkçisinin əli ilə şəhərdə fəaliyyət göstərən ticarət obyektlərindən və isrihat mərkəzlərindən pul yığmaqla məşğuldur. Amma naftalanlıların sosil-iqtisadi problemləri başçını çox az maraqlanıdırır. Bundan başqa məlumatda o da qeyd olunur ki, icra başçısı ona aylıq verəmək istəməyən şəxsləri hədələməkdən belə çəkinmir. İcra başçısının sakinlərlə kobud rəftarı isə, ona qarşı olan В«müxalifətiВ» daha gücləndirir. Məlumata əsasən Naftalanda Natiq Aslanova qarşı sakinlərin ayaqlanmasına ən maraqlı olan şəxslərdən biri də, 96 saylı Goranboy Naftalan dairəsindən seçilən sabiq deputat, bir zamanlar hakim komanda da təmsil olunan və hazırda В«Ziyallıar ForumuВ»nun ən fəal üzvlərindən olan Gültəkin Hacıbəylidir. Bildirilir ki, Natiq Aslanov Gültəkin Hacıbəylinin şəhərdəki biznes strukturlarını və daş karxanasını ələ keçirdiyinə görə, hazırda müxalifətə transfer olunan sabiq deputat xanım Natiq Aslanova qarşı həddindən artıq qəzəblidir. Elə buna görə də Hacıbəyli icra başçısının əhali ilə münasibətlərini düzgün qura bilməməsindən yaralanaraq rayonda başçıya qarşı cəbhə açıb. Natiq Aslanov isə, öz fəaliyyəfti ilə şəhərdə sosial-siaysi atmosferanı daha da mürəkkəbləşdirir. Məlumatdan belə aydın olur ki, Naftalan ölkəninin yeni sosal partlayış nöqtələrindən biri ola bilər. Burda artıq əsəblərin tarıma çəkildiyi və Natiq Aslanova qarşı narazılığın pik həddə çatdığı bildirilir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |