Əsas Səhifə > Sosial, Manşet > “NURGÜN GROUP”UN “SAN-SÜD”Ü ZƏHƏRLİ ÇIXDI
“NURGÜN GROUP”UN “SAN-SÜD”Ü ZƏHƏRLİ ÇIXDI5-12-2011, 11:50 |
SALYANDA SATIŞA ÇIXAN SÜD MƏHSULLARI NARAZILIQ YARADIB DİA.AZ: - Əsasən Yaponiyadan gətirilən «Nissan» markalı avtomobillərin Azərbaycandakı rəsmi distrübütoru kimi tanınan «Nurgün Motors»un da daxil olduğu “Nurgün Group” indi də qida sənayesinə yatlrlm qoyur. Artıq sözügedən kompaniyanın Salyanda südçülük zavodu açdığı da məlumdur. Bildirək ki, “Nurgün Group” şirkətinə inşaat sektorunda fəaliyyət göstərən “Nurgün Construction”, kifayət qədər tanınmış “NBC-Bank”, istehsalda yeri olan “Nurgün Production” və nəhayət “Nurgün Motors” daxildir. Salyandan “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) verilən məlumata görə, «Nurgün Group» Salyanın Qaraqaşlı kəndində kolxoz dövründən qalma ixtisaslaşdırılmış fermanı alaraq özəlləşdirdikdən sonra ərazidə süd zavodu açıb. Bunun üçün şirkət birinin dəyəri 2500-3000 dollardan olmaqla xaricdən 200 qaramal ixrac edib. Həmin qaramalların pulunun 50 faizini «Nurgün Group» şirkəti, digər 50 faizini isə dövlət ödəyib. Bundan başqa rayonda «San-Süd» süd emalı zavodu inşa edən «Nurgün Group» şirkəti eyni zamanda «San-Süd» üçün əhalidəndə süd toplamaqdadır. Lakin əsasən Salyanda satışa çıxarılan «San-Süd» süd məhsulları bazarda ciddi problemlə üzləşib. Salyanda «Pal-süd», «Atena» kimi məşhur süd məhsulları istehsalçıları ilə rəqabətdə «San-Süd» bazarda özünə alıcı tapa bilmir. Mənbə bildirir ki, dükanlara verilən süd məhsulları aılmadağı üçün yenidən geri qaytarılır. Bu zaman geri dönən süd zavodda yenidən emal olunaraq satışa çıxarılır və bu hal bir neçə dəfə davam edir. Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə artıq bir neçə dəfə Salyanda bu üzdən «San-Süd»dən zəhərlənmə halları baş verib. Bütün qanunsuz əməlləri həyata keçirərək vətəndaşların həyatını təhlükəyə qoyan rəsmi şəxs isə «San-Süd» süd emalı zavodunun rəhbəri Zaur adlı şəxsdir. Bildirilir ki, məhz həmin şəxsin göstərişlərinə əsasən süd bir neçə dəfə emal olunur və bununla da yeni istehsala gətirilən süd də xarab olur. Qarşı tərəfində mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |