Əsas Səhifə > Ölkə / Manşet > KÜVEYTİN MALİYYƏLƏŞDİRDİYİ ŞƏBƏKƏ MEYDANDA

KÜVEYTİN MALİYYƏLƏŞDİRDİYİ ŞƏBƏKƏ MEYDANDA


15-04-2013, 12:22
KÜVEYTİN MALİYYƏLƏŞDİRDİYİ ŞƏBƏKƏ MEYDANDA
В«ƏBU-BƏKRВ»İN ARDINDAN В«İLAHİYYATВ»I İTİRMƏK İSTƏMİRLƏR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, özlərini В«sələfiВ» adlandıran Azərbaycan vəhabiləri Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin nəzdindəki В«İlahiyyatВ» məscidinin bağlanacağı haqda xəbərləri etirazla qarşılayırlar və hətta bu məqsədlə rəsmi Bakını mitinqlə də təhdid ediblər.

Bildirək ki, Azərbaycanda vəhabilərin iki qanadı fəaliyyətdədir. Onların bəziləri özlərini В«sələfiВ», bəziləri də В«xavaricВ» adlandırır. В«SələfiВ»lər nisbətən yumşaq mübarizə üsulunu seçsələr də, В«xavariclərВ» fəaliyyətlərində cihadı, silahlı müqaivməti üstün bilirlər. Amma davamlı olaraq bu iki qol arasında bağlantı olduğu da faktdır. Və bu gün В«sələfiВ»lərin dizinin yanında oturanın ertəsi gün Suriyadan, Əfqanıstandan səs-sədasının gəldiyi də məlumdur.

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də aydın olur ki, sayca kifayət qədər olan В«sələfilərВ» bu gün ən böyük təriqətlərdən biridir. Onlar davamlı surətdə Küveytə və daha fərqli ünvanlara aid xeyriyyə cəmiyyətlərinin xətti ilə maliyyələşirlər ki, bu da hətta rəsmən belə təsdiqlənib. Belə ki, Küveytin dövlət nümayəndələrindən biri bir müddət əvvəl Bakıda olarkən vəhabilərin Bakıdakı В«Əbu-BəkrВ» məscidinin bağlanmasına etiraz olaraq Azərbaycan dövlətinə ayırdıqları illik 200 milyon dollarlıq yardımı dayandırdıqlarını da elan etdilər. Yəni bu o demək idi ki, vəhabilərin Azərbaycanda mövcudiyyətləri üçün rəsmi Bakıya Küveyt dövləti adından pul ödənirmiş.

İllər uzunu məhz məmurlarımızın qeyd olunanm səbəbdən himayəsi altında günü-gündən şəbəkələşən vəhabilər artıq Azərbaycan dövlətinin özünə problem yaratmaqdadır. Onların Gəncədə, Sumqayıtda və digər bölgələrimizdə həyatam keçirdikləri təxribatlar, hətta onların adlarının prezidentə qarşı sui-qəsd tədarükündə belə hallandırılması bu gün vəhabilərin hansı əhəmiyyətdə problemi təşkil etmələrindən xəbər verməkdədir.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, artıq əzələ nümayişinə keçən vəhabilər açıq hədəfə çevrilməkdən ehtiyatlansalar da, bu dəfə meydana çıxmağın vaxtı olması qənaətindədirlər. Məlumatlı mənbənin bildirdiyinə görə, yaxın günlərdə sökülməsi nəzərdə tutulan В«İlahiyyatВ» məscidi ilə bağlı verilən qərar da vəhabilər üçün bəhanə rolunu oynayacaq.

В«Hələlik rəsmi Bakı ehtiyatla davranırВ» deyən mənbə bunları da əlavə edib: В«Amma məscid söküləcək. Qaçqınların köçürülməsi başa çatandan sonra bu addım da atılacaq. O zaman isə vəhabilər meydana atılacaq. Onlar indidən buna tədarük görürlərВ».

Geri qayıt