Əsas Səhifə > Siyasət, Manşet > AŞURA GÜNÜNDƏ BAKI QARIŞA BİLƏR

AŞURA GÜNÜNDƏ BAKI QARIŞA BİLƏR


2-12-2011, 11:49
AŞURA GÜNÜNDƏ BAKI QARIŞA BİLƏR

RƏSMİ BAKI İRANDAN TƏXRİBATLAR GÖZLƏYİR

DİA.AZ: - Qabaqcadan məlumat verərək bildirmişdik ki, aşura gününə Azərbaycanın dindarları matəm mərasiminə hazırlaşdığı kimi, İranın xüsusi xidmət orqanları da bir başqa şəkildə tədarük içindədir. Bu barədə redaksiyamıza ötürülən məlumatlarda qeyd olunurdu ki, bir neçə gün əvvəl tədbirlərin birində «Azərbaycan xalqı üçün Xocalı Kərbəladan daha müqəddəsdir» ifadəsini işlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da fars-molla rejiminin hədəfinə çevrilib. Elə buna görə də, Aşura günündə İranın təxribat törədə biləcəyi ünvanlardan biri DQDK-nın binası ola bilər.

Bu barədə məlumatlarda deyilirdi ki, İranın xüsusi xidmət orqanlarının öyrətdiyi dindarlar hətta komitə binasına hücum da çəkə bilərlər. Onu da qeyd edək ki, hər il Aşura günündə metronun «İçərişəhər» stansiyasının qarşısında dindarların yürüşü olur. DQDK-nın binası da həmin əraziyə yaxındır. Eləcə də Tehran dövlətinin Azərbaycandakı elçiliyi də həmin ərazidədir. Bu isə təxribatların ola biləcəyi ehtimallarını daha da artırır, bu barədə gələn məlumatların təsdiqi kimi yozula bilər.

Onu da qeyd edək ki, «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bu yöndən əlavə informasiyalar daxil olub. Bu barədə danışan mötəbər mənbə idida edir ki, aşura gününə yüzlərlə gənc hazırlanır: «Onların əsas yerləri Bakı kəndləridir. Həmin tarixdə həm Təzəpir məscidinə və həm də İmam Hüseyn məscidinə yüzlərlə gəncin toplanması, sonradan isə həmin dəstənin «Ya İmam, Ya Hüseyn» sədaları altında DQDK-nın binası önünə yürüş etməsi düşünülür».

Mənbəmiz onu da bildirdi ki, artıq yerli hüquq-mühafizə orqanlarımız da bu barədə məlumatlıdır: «Ola bilsin ki, ümumiyyətlə, həmin tarixə qədər Bakı kəndlərindən şəhər mərkəzinə gediş-gəliş məhdudlaşdırılsın. Çünki vəziyyət məhz bu həddə kritikdir».

Xatırladaq ki, artıq İran saytları da Aşura günü Bakıda qarmaqarışıqlığın olacağından yazırlar. Və bu barədə məlumat yayan «arannyus» portalı hətta polisin ənənəvi profilaktik tədbirlərini belə ələ salacaq ifadələr işlədərək bildirir ki, rəsmi Bakı dindarlardan qorxur.


Geri qayıt