Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İSLAHATLAR ASTANASINDA

HAKİMİYYƏT İSLAHATLAR ASTANASINDA


1-12-2011, 13:19
HAKİMİYYƏT İSLAHATLAR ASTANASINDA

NAZİM İBRAHİMOV DA İŞ YERİNİ İTİRƏ BİLƏR

DİA.AZ: - Məlumat verdiyimiz kimi, gələn ilin yanvar ayından etibarən Azərbaycanda struktur islahatları həyata keçiriləcək. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbələr «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) bilgiləndiriblər.

Qeyd edək ki, Azərbaycanın əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlar, Dünya Bankı və Beynəlxalq Bankın mütəxəssislərinin açıqlamalarına görə, gələn il dünyada yenidən böhran yaşana bilər. Azərbaycan hökumətinə də tövsiyyə edilib ki, ilkin olaraq proqnozlara uyğun olaraq büdcə xərclərini, həmçinin də idarəetmə üzrə inzibati xərcləri də azaltsın. Bundan başqa ilkin proqnozlar da onu göstərir ki, ölkənin karbohidrogen ehtiyatları demək olar ki, azalmağa başlayacaq. Maraqlıdır ki, bu məsələ ilə bağlı olaraq artıq dünyanın bir sıra dövlətlərində də müakirələr aparılır.

Bu günlərdə ABŞ höekuməti gələn il üçün sosial xərclərin azaldılması haqqında qərar qəbul etdi. Faktiki olaraq defoltun aradan qaldırılmasına hesablanmış bu islahatlar demək olar ki, konkret şəkildə həyata keçirilməyə başlandı. ABŞ hökuməti ərzaq məhsullarının bahalaşacağını nəzərə alaraq ölkəni daha ağır fəlakətlərdən xilas etmək üçün belə bir qərar verdi.

Təkliflərə əsasən Azərbaycan üzərinə götürdüyü struktur islahatlarını həyata keçirməyə başlamalıdır. Qeyd olunur ki, dövlət büdcəsindən ayrılan təşkilatların saxlanılması üçün tələb edilən bu məsələ ilə bağlı olaraq məqamlar aydınlaşdırılmalıdır.

Məsələ burasındadır ki, bir sıra dövlət qurumlarında olduğu kimi istənilən halda bu məsələ də həllini tapmalıdır.

Araşdırmalar zamanı müəyyən etdik ki, ləğv edilməsi və ya funksiyalarının başqa təşkilatlara verilməsi nəzərdə tutulan qurumlar Diaspora ilə iş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Pproblemləri üzrə Dövlət Komitəsidir. Bu təşkilatların funksiyaları isə başqa qurumlarla razılaşdırılaraq birləşdiriləcək.

Təqdim edilən təkliflər və artıq Nazirlər Kabinetində hazırlanmış layihəyə uyğun olaraq Diaspora Komitəsi ləğv edilməli və Xarici işlər Nazirliyinə birləşdirilməlidir. Səbəb kimi isə bu iki dövlət qurumu arasında böyük bir soyuqluğun mövcud olması göstərilir. Bildirilir ki, bu komitənin xarici ölkələrdəki təmsilçiləri əslində büdcə vəsaitləri hesabına diaspora fəaliyyəti həyata keçirsələr də, onların fəaliyyəti ilə Xarici İşlər nazirliyinin fəaliyyəti arasında kifayət qədər qarışıqlıqlar mövcuddur.

Məhz bu problemin mövcudluğu barədə bu yaxınlarda Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edən dövlət başçısı da açıq tekstlə iradını ifadə etmişdi. Maraqlıdır ki, bu iraddan sonra da artıq Diaspora Komitəsinin XİN-ə birləşdirilməsi məsələsi rəsmi dairələrdə layihə formasında müzakirə edilməyə başlayıb.

Digər bir komitənin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin isə Səhiyyə və Təhsil Nazirlikləri arasında funksional parçalanmasını təşkil etməkdən ibarətdir. Verilən məlumatlara görə, əslində bu komitənin də gördüyü işləri maarifləndirmə işlərindən o yana keçmir və bu komitələrin də ləğv edilməsi bir zərurətə çevrilib.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, adları çəkilən hər iki komitənin dövlət büdcəsindən saxlanılma xərcləri, 240 milyon və 270 milyon manata bərabərdir. Bu isə yarım milyard manat deməkdir ki, görünür hökumət də bu vəsaitlərə struktur islahatları həyata keçirməklə qənaət etmək istəyir.


Geri qayıt