Əsas Səhifə > Sosial, Manşet > HANSI NAZİR İKİLİ HƏYAT YAŞAYIR?
HANSI NAZİR İKİLİ HƏYAT YAŞAYIR?30-11-2011, 10:56 |
«ÇOXARVADLILIQLA BAĞLI QANUNU SƏBİRSİZLİKLƏ GÖZLƏYİR» DİA.AZ: - Təbii ki, hər zaman tanınmış simalar - sahəsinin fərqi olmadan, populyar olanlar mətbuatda özəl informasiyalarının səslənməsinə dözümlü olmurlar. Əslində, bu anlaşılan olsa da, anlaşılmayanı bəzilərinin hədsiz və yersiz reaksiyalarıdır. Əgər populyarsansa, ictimailəşmisənsə, o zaman ictimai maraq dairəsində olmağınla da barışmalısan. Cəmiyyət isə efirdən, qəzetdən, səhnədən, siyasətdən tanıdıqları haqqında hər zaman daha çox məlumatlı olmaq istəyir. Əslində tək Azərbaycan cəmiyyəti belə maraqlı deyil və bütün cəmiyyətlərdə bu xüsusiyyət var. Bunu nəzərə alaraq biz də davamlı olaraq tanınmış siyasət adamlarının özəl keyfiyyətləri ilə bağlı oxucularımızı məlumatlandırmaqdayıq. Hər halda, bu faktlara işıq salınmsı bizim üçün daha çox reytinq marağı qədərində əhəmiyyətli olduğundan, xatırladırıq ki, burada hansısa fərqli məqsədin və yaxud da qərəzin axtarılması yersizdir. Və hələ də bəzi tanınmışlarımızın bu kimi olaylara gərəkən səbri nümayiş etdirə bilməməsini və eyni zamanda mental dəyərlərimizi nəzərə aldığımızdan əksər hallarda ya ad çəkmirik, ya da məsələnin mahiyyətini olduğu kimi diqqətə çatdırmırıq. Yəqin, bunu da oxucularımız anlaqlı qəbul edər. Elə redaksiyamıza nazirlərdən biri ilə bağlı da çox ilginc faktlar daxil olub. Bu barədə etibarlılığına şübhə etmədiyimiz mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) bildirdiklərindən belə aydın olur ki, nazirlərimizdən biri uzun müddətdir iki ailə sahibidir və hər iki ailəsini yetərincə təmin edir: «Artıq nazirin hər iki ailəsində onun bu qərarı ilə barışıblar və hər iki ailə arasında gediş-gəliş də var. Lakin nazir daha sonradan qurduğu ikinci ailəsinə daha çox bağlıdır. Amma buna baxmayaraq, birinci ailəsinin tam təmin edib, ayrıca sürücü, qulluqçu və xidməti personal da ayırıb». Mənbəmiz bildirir ki, hətta həmin nazir Azərbaycanda çoxarvadlılıqla bağlı qanunun qəbul edilməsi yönündə Milli Məclisdə açılan müzakirələrdən bir nəticə hasil olacağını ciddi şəkildə təqib edirmiş. Xatırladaq ki, bir müddət əvvəl parlamentdə bəzi deputatlar tərəfindən belə bir təklif səslənsə də, ictimai qınaq və həm də məsələnin siyasi hakimiyyətin ürəyincə olmaması nədənləri bu prosesin başlanmadan bitməsinə nədən oldu. Əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, amma buna baxmayaraq hər iki ailəsinə sıcaq münasibətdə olan nazir belə bir qanun qəbul olunanda bu həyatını rəsmiləşdirməyi düşünür: «O, birinci ailəsi ilə rəsmi, ikinci ailəsi ilə dini kəbindədir». Yəqin ki, oxucularımız nazirimizin adının açıqlanmamasını anlaqlı qəbul etdi… Geri qayıt |