Əsas Səhifə > Siyasət, Manşet > BAKI MERİ HAQQINDA ŞOK FAKTLAR
BAKI MERİ HAQQINDA ŞOK FAKTLAR29-11-2011, 11:23 |
HACIBALA ABUTALIBOV İKİ NAZİRƏ NECƏ “TORBA TİKDİ”? DİA.AZ: - Redaksiyamıza Bakı meri Hacıbala Abutalıbovla bağlı çox ilginc məlumatlar daxil olub. Həmin faktları davamlı olaraq diqqətinizə çatdırmaq qərarına gəlmişik. Xatırladaq ki, Hacıbala Abutalıbov bir neçə ay əvvəl Bakı şəhərində yolların asfaltlanması və çəkilməsi işinin nəqliyyat nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə tabe etdirilməsinə nail olub. Bundan əlavə, Bakı meri Milli Parkın inşaasında da böyük payı ələ keçirib. Son günlər isə Bayıl qəsəbəsində plana düşən evlərin sökülməsi Hacıbala Abutalıbova həvalə olunub. Təbii ki, bunların heç biri səbəbsiz deyil. Mətbuatda gedişi barədə dastanlar yazılan Hacıbala Abutalıbov əslində son zamanlar gücünün üstünə güc qatır ki, bunların heç biri də səbəbsiz deyil. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən məlumatlardan aydın olur ki, Bakı meri prezidentin böyük etimadını qazanıb və bu gün o, hakim komandada birbaşa olaraq İlham Əliyevə çıxışı olan, söz deyə bilən tək-tük simalardan biridir. Və bundan istifadə edən Bakı meri davamlı şəkildə çox gəlirli sahələri ələ keçirməklə məşğuldur. Məsələn, afsalt biznesini ələ keçirən zaman Bakı merinin bir tryukdan istifadə etdiyi bildirilir: «Bakı kəndlərində asfalt yolların çəkilməsi işində böyük yeyinti faktına yol verilmişdi. Söhbət təxminən 5 milyon manatlıq vəsaitdən gedirdi. Amma bunun əvəzində davamlı olaraq əhalinin narazılıqları baş qaldırdı. Yəni nəhayətdə iş hesabın sorulması anına çatdı. Və bütün bunların təşkilatçısı kimi Hacıbala Abutalıbov ortaya çıxdı». Mənbə bildirir ki, narazıları Prezident administrasiyasına və KİV-ə yollayan Hacıbala Abutalıbov loru dillə desək, Ziya Məmmədovun «torbasın tikməyə» müvəffəq olur. Nəticədə Bakı şəhərinin asfaltlanması işi NN-dən alınaraq meriyaya verilir. Bakı merinin daha bir əməliyyatı təxminən 6-7 ay əvvəl baş tutur. Söhbət «Mur-AY» MTK-nın fırıldaq yolu ilə pullarını əlindən aldığı sakinlərlə yaranmış qalmaqaldan gedir. Mötəbər mənbələr bildirir ki, əslində prezident narazı sakinlərin maraqlarının təmin edilməsilə bağlı göstəriş veribmiş və bu göstəriş fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid idi. Yəni FHN şefinə «Mur-AY»ın aldatdığı vətəndaşları razı salması barədə tapşırıq verilibmiş. Lakin Kəmaləddin Heydərovun bu yöndə lazımi addımları atmaması nəticədə «Mur-AY» «qurbanlarının» səs-küyünün daha da artmasına nədən olur. Bundan sonra Hacıbala Abutalıbovun hərəkətə keçdiyi və bütün baş verənləri prezidentə çatdırdığını bildirən mötəbər mənbə onu da əlavə edir ki, bundan sonra prezident FHN şefi ilə çox sərt tonda danışıb: «Prezident FHN şefini general formasında bağ evinə dəvət edir və onunla çox sərt şəkildə danışır». Bundan sonra narazı qalmış vətəndaşların probleminin həlli də Hacıbala Abutalıbova həvalə edilir. Əlimizdə olan faktlar tək bunlar deyil. Bizi izləyin… Geri qayıt |