Əsas Səhifə > Siyasət, Manşet > BEYNƏLXALQ YARIŞMALARDAN İNQİLABA
BEYNƏLXALQ YARIŞMALARDAN İNQİLABA22-11-2011, 12:13 |
QƏRB AZƏRBAYCANDA YENİ İNQİLAB SSENARİSİ CIZIB DİA.AZ: - Təxminən 6-7 ay əvvəl ölkənin siyasi gündəmində tamam fərqli bir atmosfer mövcud idi. Ərəb ölkələrindəki inqilab seriyaları müsəlman Azərbaycanında da anlaşılmaz eyforik bir təəssürat yarandığından bu axına düşən müxalifət qüvvələri heç bir tədarük olmadan meydanlara atıldılar. Artıq nəticəsi hər kəsə məlum olan olaylar hətta bu günün özündə belə sirli bir qüvvənin sifarişi kimi qəbul edilməkdə idi. Amma etiraf olunmalıdır ki, həmin ərəfədə həm prosesdən kənarda qalan xalq kütləsində və həm də elə proseslərin hədəfi kimi qəbul olunan hakim komandada çox cidi tərəddüdlər mövcud idi. Ən azından hakim düşərgənin aşağı korpusunda bu kimi fikirlər mövcud idi ki, birdən həqiqətən də Qərbin baxış bucağında Azərbaycanın həm də MÜSƏLMAN ÖLKƏ olduğu nəzərə çarpdı və Azərbaycanda da hakimiyyət dəyişikliyi baş verdi. Digər yandan isə ölkədə məhz iqtidar düşərgəsinin maraqları çərçviəsində bir antikorrupsiya kampaniyası həyata keçirilməkdə idi ki, bu faktor da hakim komandanın aşağı heyətində müəyyən bədgümanlıqlara nədən olmuşdu. Amma yuxarıların ənənəvi gedişlərində inamlı jestləri müxalifətin erkən və tədarüksüz təşəbbüslərini tam olaraq iflasa uğratdı. Lakin burada tamam fərqli bir məqam diqqətləri cəlb etdi. Dünənə qədər mövcud olan bir rəy tamamən dağıdıldı. Söhbət müxalifətin bir daha ortaya gücqoya bilməyəcəyi ilə bağlı dünənə qədər söylənən nağılların iflasından gedir. 2003-cü, 2005-ci illərdəki məlum olayların ardından, eləcə də müxalifətin artıq öləzimə dövrü kimi təqdim olunan 2006-10-cu illərdəki susqunluq dönəmindən sonra belə bir qənaətlər mövcud idi ki, siyasi müxalifət Azərbaycanda tam olaraq zərərsizləşdirilib. Çünki 2008-ci ilin prezident seçkilərindəki yetərsiz müqavimət və eyni zamanda 2009-cu ilin 18 Mart referendumu zamanı Azərbaycanda qeyri-rəsmi olaraq monarxiyanın təsdiqinə gərəkən etirazların təşkil edilə bilməməsi faktları bu kimi qənaətləri daha da möhkəmləndirmişdi. Amma Tunisdə bir göyərti satıcısı olan gəncin özünü yandırmasının ardından ərəb ölkələrini bürüyən inqilablar dalğası belə bir qiymətə layiq görülmüş Azərbaycan müxalifətini yerindən tərpədə bildiyindən sözügedən qənaətlər darmadağın oldu. Bu barədə isə daha çox düşünən tərəf isə hakimiyyət oldu. Çünki müxalifətlə bağlı məlum qənaət paralel olaraq hakim düşərgənin özünü belə qış yuxusuna götürmüşdü. Bəlkə də buna görə idi ki, müxalifətin əsas güc mərkəzi hesab olunan İctimai Palatanın 2 aprel aksiyasına hakim düşərgə tərəfindən çox sərt reaksiya verildi. Bəlkə də buna görə idi ki, həmin tarix hakimiyyət üçün həlleidici döyüş günü kimi qəbul edildi. Bəlkə də buna görə idi ki, 2 aprel aksiyası az qala 2003-cü ilin 15-16 oktyabr və 2005-ci ilin 24 noyabr aksyaları ilə müqayisə olunacaq səviyyədə reaksiyalara nədən oldu. Halbuki həmin aksiyalarla müqayisədə müxalifət meydana çox az qüvvə çıxara bilmişdi. Hakimiyyətin göstərdiyi aqressiv reaksiya isə anoloji idi. Müxalifət bitdimi? Hər halda 2 aprel aksiyasının ardından yaşanılanlar da təsdiqləyir ki, əslində müxalifət hətta hakimiyyətin bəlli aqressiv reaksiyası fonunda belə udan tərəfə çevrildi. Müxalifət özünü yenidən təsdiqləmə fürsəti əldə etdi. Artıq beynəlxalq təşkilatların da Azərbaycan müxalifətinə stavka meyillərinin yarandığı kimsə üçün sirr deyil. Hər halda, sonradan Qərb ölkələrinin Azərbaycandakı diplomatik korpuslarının nümayişkaranə şəkildə İctimai Palata rəhbərliyinə dəstək nümayiş etdirməsi də dediklərimizin sübutu kimi qəbul oluna bilər. Deməli, yenə də gündəmdə qüvvələrin konservləşdirilməsi və daha böyük, eyni zamanda həlleidici mübarizəyə tədarük məsələsidir. Elə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan informasiyaların mahiyyətində də aydın olur ki, Qərb dairələri Azərbaycanla bağlı dəyişiklik planlarından heç də vaz keçməyiblər. Bu barədə məlumat verən diplomatik qaynaqların anonim bilgisinə görə, gələn ilin mart ayından etibarən Azərbaycanda yeni siyasi hərəkətlənmənin start düyməsi basılacaq: «Təbii ki, gələn il Azərbaycanda iki mühüm beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulub. Həm «Avroviziya-2012» mahnı yarışmasına və həm də Qadınlar arasında «U-17» dünya üzrə futbol çempionatına ev sahibliyi edəcək Azərbaycan eyni zamanda özünün qaynar olayları ilə də diqqətə gələcək». Əldə etdiyimiz məlumatlara görə, Liviyada artıq işini yekunlaşdıran (dünən Qəddafinin oğlu da yaxalanıb -red.), Suriyada isə «problemlərini» yoluna qoymağa yaxın olan beynəlxalq konsorsium Azərbaycanın da şəklini dəyişməkdə israrlıdır: «Doğrudur, Azərbaycan nə Liviya deyil, nə də Suriya. Amma Azərbaycanda tamam fərqli proseslərin ssenarisi cızılsa da, hədəf eynidir: HAKİMİYYƏT DƏYİŞİKLİYİ». Mənbəmiz bildirir ki, bu məqsədlə indidən bir sıra yerli qüvvələrlə sıx əməkdaşlıq edən Qərbin müvafiq instansiyaları müxalifətin ən böyük sorunu kimi qəbul edilən maliyyə məsələsinin həllində də çözüm yolunu tapıblar: «Elə beynəlxalq yarışmalara ev sahibliyi edən Azərbaycana bu bəhanə adı altında külli miqdarda «turist pulu» daxil olacaq ki, həmin vəsaitin çox ciddi hissəsinin siyasi müxalifətə çatdırılacağı istisna deyil». Geri qayıt |