Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Partiya > MÜXALİFƏTÇİLƏR POLİSƏ ÇAĞRILDI
MÜXALİFƏTÇİLƏR POLİSƏ ÇAĞRILDI8-12-2012, 10:48 |
![]() ONLARA XƏBƏRDARLIQ EDİLƏCƏK İctimai Palatanın (İP) dekabrın 10-a planlaşdırdığı piketlə bağlı aksiya təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. İP katibi, piketin Təşkilat Komitəsinin üzvü Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin ictimai təhlükəsizlik idarəsindən zəng edilib. O və piket təşkilatçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə imza atan daha iki İP üzvü paytaxt Baş Polis İdarəsinə dəvət edilib. Onunla danışan polis əməkdaşı piket təşkilatçıları ilə BŞBPİ-nin rəhbərliyinin görüşəcəyini söyləyib. Görüş saat 17.00-da keçiriləcək. Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırır. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Bakı Şəhər İcra Hakimiyyəti isə piketin keçirilməsini məqsədəuyğun saymayıb. Geri qayıt |