Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV DİREKTORU CƏZALANDIRACAQMI?
MİSİR MƏRDANOV DİREKTORU CƏZALANDIRACAQMI?14-11-2011, 11:35 |
MÜƏLLİMƏ «CINDIR» DEYƏN DİREKTORUN BAŞI DƏRDDƏ DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, təhsil nazirliyi tərəfindən 2010-2011-ci il tədris ilində «İlin ən yaxşı orta məktəbi» nominasiyasına layiq görülmüş Səbayel rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən 91 saylı məktəbin direktoru Svetlana Zülfüqarova rəhbərliyi altında çalışan müəllimləri təhqir etməkdən belə çəkinmir. Bu barədə verdiyimiz məlumatda qeyd olunurdu ki, məktəbin bufetini belə bir obyekt kimi işlədən xanım direktor həm şagirdləri və həm də müəllimləri öz obyektindən alış-veriş etməə məcbur edir. Lakin aylıq qazancları 30-40 manat olan müəllimlərin böyük əksəriyyəti məcburdur ki, evlərindən yemək gətirsinlər. Bu isə Sevtlana Zülfüqarovanın qəzəbinə nədən olub və evindən yemək gətirən müəllimləri şagird və müəllim kollektivinin qarşısında «cındır» adlandırmaqdan belə çəkinməyib. Hər halda, bu biabırçı fakta TN rəhbərliyinin reaksiya verəcəyini bizlər də gözləyirdik. Bu gün səhər saatlarında redaksiyamıza daxil olan məlumatlardan aydın oldu ki, Sevtlana Zülfüqarova təcili şəkildə təhsil nazirliyinə çağrılıb. «Dünya» İnformasiya Agentliyini (diaaz.space) məlumatlandıran mənbə bunu həmin «cındır» ifadəsi ilə bağlı olduğunu idda edir. Təbii ki, təhsil nazirliyi dəfələrlə mətbuatda qaldırılan problemlərə diqqətsizliyi ilə fərqləndiyindən biz də «İlin ən yaxşı məktəbi» adını almış bir direktorun bu davranışlarının müqabilində hansısa hərəkətlənmənin olacağını istisna etmirdik. Məlumatlı mənbə onu da bildirdi ki, Sevtlana Zülfüqarovanın hətta məktəb rəhbərliyindən uzaqlaşdırılması da gündəmdədir: «Çünki mətbuata yol tapan fakt artıq Prezident administrasiyası tərəfindən də araşdırılır». Geri qayıt |