Əsas Səhifə > Sosial, Manşet > «SALYAN AVTOVAĞZALI» DA PLANA DÜŞDÜ
«SALYAN AVTOVAĞZALI» DA PLANA DÜŞDÜ13-11-2011, 12:11 |
İLHAM İSMAYILOVA ZİYA MƏMMƏDOV DA KÖMƏK EDƏ BİLMƏDİ DİA.AZ: - Nəhayət sıra orta ranqlı sahibkarlara da gəlib çatdı. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, «Avroviziya-2012» yarışmasına tədarük səbəbindən tikinti meydançasına çevrilmiş Bakının mərkəzi rayonu olan Səbayelin Bayıl qəsəbəsi ərazisindəki sökhasöklərdə sıranın əhali arasında «Salyan avtovağzalı» kimi tanınan obyektə də çatdığı bildirilir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bu barədə məlumat verən Bayıl sakinlərinin sözlərinə görə, artıq bu gün səhərdən etibarən avtovağzalın sökülməsinə başlanılıb. Onu da bildirək ki, sözügedən avtovəğzalın sahibi Türkdilli Xalqların əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, tanınmış iş adamı İlham İsmayılova məxsusdur. İlham İsmayılovun isə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri olduğu söylənilir. Mənbəmiz bildirir ki, artıq obyektinin sökülməsi aqibəti ilə barışan iş adamına yeni ərazi də təklif olunub: «Hələlik İlham İsmayılov həmin yerləri gözdən keçirir». Geri qayıt |