Əsas Səhifə > Cəmiyyət, Manşet > SƏLİM MÜSLÜMOV MEHDİYEVƏ QARŞI

SƏLİM MÜSLÜMOV MEHDİYEVƏ QARŞI


11-11-2011, 16:14
SƏLİM MÜSLÜMOV MEHDİYEVƏ QARŞI

İŞLƏR İDARƏSİ TƏRƏVƏZÇİLİK-SÜDÇÜLÜK SOVXOZUNDA NƏ İŞLƏR ÇEVİRİRMİŞ?

DİA.AZ: - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi arasında qarşıdurma yaranıb. Buna səbəb Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin dövlətə olan 87583 manat borcunu ödəməməsidir. Bu barədə "Dünya" İnformasiya Agentliyinə (diaaz.space) Prezident Adminstrasiyasına yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Prezidentin İşlər İdarəsinin 2000-ci il tarixli sərəncamı ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən və İşlər İdarəsinin tabeliyində olan tərəvəzçilik-südçülük sovxozu ləğv edilib: "Bundan sonra onun bazasında təsisçisi İşlər İdarəsi olmaqla Kənd Təsərrüfatı Müəssisəsi yaradılıb. Bu müəssisə Ədliyyə Ќazirliyində sərbəst hüquqi şəxs kimi qeydiyyata alınıb. Müəssisənin rəhbərliyi səlahiyyətini aşaraq sərbəst istehsalat-kommersiya fəaliyyəti göstərib, daha doğrusu, özbaşınalıq edib və müəssisənin istifadəsində olan əmlakı, torpaqları fiziki və hüquqi şəxslərə satıb. Bu əməllərə görə müəssisə rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmaqla məhkəmə tərəfindən 2001-ci ildə məhkum olunub". Mənbənin sözlərinə görə, müəssisə uzun müddət dövlət büdcəsinə ödənişlər apamayıb. Ќəticədə onun müxtəlif dövlət orqanlarına, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna borcları yaranıb. 2006-cı ildə isə Kənd Təsərrüfatı Müəssisəsi fəaliyyət göstərmədiyinə görə İşlər İdarəsi müdirinin sərəncamı ilə onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd edək ki, müəssisənin borclarından 31770,60 manatını əsas borc, 87583 manatını isə sosial sığorta qaydalarının pozulmasına görə maliyyə sankiyaları üzrə borc təşkil edir. Mənbə onu da bildirdi ki, Prezidentin İşlər İdarəsi 12 iyul 2011-ci il tarixdə 22/1-688 saylı məktubla DSMF sədri Səlim Müslümova müraciət edərək büdcədən maliyyələşən dövlət qurumu olaraq Kənd Təsərrfatı Müəssisəsində çalışmış fəhlə və qulluqçuların gələcəkdə pensiya hüquqlarının təminatına kömək məsədilə Dövlət Sosial Müdafiə Fonduna olan 31770,60 manat əsas borcu ödəməyi öz üzərinə götürməklə dövlət sosial sığorta qaydalarının pozulmasına görə maliyyə sankiyaları üzrə yaranmış 87583 manat borcun silinməsini xahiş edib: "28.07.2011-ci ildə göndərdiyi 02/04-189 saylı məktubla DSMF rəhbərliyi İşlər İdarəsinə rədd cavabı verib. Daha doğrusu, bildirib ki, mövcud qanunvericilikdə dövlət sosial sığorta haqları üzrə yaranmış borcların silinməsi halları nəzərdə tutumayıb və bu məsələ DSMF-nin səlahiyyətləri xaricindədir".

Prezidentin İşlər İdarəsinin mövqeyinə gəlincə, mənbənin sözlərinə görə, idarə borcun silinməsi barədə müraciətə rədd cavabı verilməsi ilə razılaşmır və bunu DSMF-in məsələyə formal yanaşması kimi dəyərləndirir: "İşlər İdarəsində hesab edirlər ki, mövcud qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqı dövlət ödənişi olmaqla yanaşı daha çox kommersiya, təsərrüfat fəaliyyəti ilə məşğul olan təşkilatlara tətbiq olunur və dövlət büdcəsinin formalaşmasına xidmət edir. Yəni İşlər İdarəsi də bilavasitə büdcədən maliyyələşən qurumdur və onun sərbəst maliyyə vəsaitləri yoxdur. Bunu əsas götürən İşlər İdarəsi 87583 manat borcun silinməli olduğunu bildirir".

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mövqeyi isə fərqlidir. Mənbə deyir ki, qurumda hesab edirlər ki, DSMF respublikada məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır və həm Fond, həm də onun yerli orqanları müstəqil balansa, dövlət xəzinədarlığında hesablara, dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürələrə, müafiq ştamplara və blanklara malik olan hüquqi şəxlərdir. "Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsini əsas götürən Fond rəhbərliyi Azərbaycan Respublikasında fəaliyyət göstərən, mülkiyyət və təşkiati-hüquq formasından asılı olmayaraq, Azərbaycan Respubliksının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkiatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər-sığortaedənlər hesab olunduğunu önə çəkir və sığortaedənlərin məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkiatda qeydiyyata durmalı olduğunu vurğulayır.

"Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu" qaydalarının 4-cü bəndinə əsasən, dövlət qeydiyyatı haqqında sənədlərdə hüquqi ünvanı Bakı şəhəri olan hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri DSMF tərəfindən müəyyənedilən DSMF orqanında uçota alınırlar. Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfat Müssisəsi də 2005-ci il tarixdən Fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərə İş Departamentində qeydiyyata alınıb. Qeyd edək ki, "Sosial Sığorta haqqında" Qanununun 21-ci maddəsinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə, gecikdirmənin hər gününə görə (lykin bir ildən çox olmamaq şərti ilə) sığorta haqqının 0,1 faizi məbləğində peniya hesablanır.

Həmin qanununun 18-ci maddəsinə görə isə məcburi dövlət sosial sığorta haqqını vaxtında ödəməyən və ya ödənişi gecikdirən sığortaedənə DSMF-in yerli orqanları tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan aldırılmadıqda hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvercilikdə müyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcun ödənilməsi üçün iddia qaldırılır. Əldə etdiyimiz məlumata görə, Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 01 aprel 2011-ci il tarixə 119353,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranıb. DSMF-in Bakı şəhəri üzrə Hüquqi Şəxslərə İş Departamenti müəssisəyə həmin borcu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, müəssisə borcu ödəməyib.

Qeyd edək ki, mənbənin məlumatına görə, Prezidentin İşlər İdarəsinin haqq-hesab cədvəllərində 1 iyul 2003-cü il tarixə 119353,69 manat borcun olduğu əksini tapıb. Belə ki, 1998-2000-ci ildə 72583,36 manat, 2000-2003-cü illərdə isə 46770,32 manat borc yaranıb. Əldə etdiyimiz məlumata görə, DSMF sədri Səlim Müslümov borcun ödənməsində israr etdiyi üçün Prezidentin İşlər İdarəsi maliyyə sanksiyaları üzrə yaranış 87583 manat borcun silinməsi tələbi ilə DSMF-ə qarşı iddia qaldırıb və tərəflər məhkəmədə üz-üzə gələcəklər.

Geri qayıt