Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > RƏSUL QULİYEV DƏ “MİLYARDERLƏR İTTIFAQI”NDAN DANIŞDI
Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV DƏ “MİLYARDERLƏR İTTIFAQI”NDAN DANIŞDI

RƏSUL QULİYEV DƏ “MİLYARDERLƏR İTTIFAQI”NDAN DANIŞDI


6-11-2012, 10:46
RƏSUL QULİYEV DƏ “MİLYARDERLƏR İTTIFAQI”NDAN DANIŞDI
“XƏBƏRİM YOXDUR”

“Qurumun plan və məramından da xəbərim yoxdur”. Bunu AzNews.az-a eks-spiker Rəsul Quliyev “Milyarderlər İttifaqı” barədə deyib. O, ittifaqdakı insanların heç biri ilə görüş keçirmədiyini bildirib: “Onlarla heç biri əlaqəm yoxdur. İlk növbədə onlar özləri nə istədiklərini bilməlidirlər, sonra başqa məsələlərdən danışmaq olar”.

R.Quliyev Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin 2013-cü il seçkilərində onu dəstəkləyəcəyini dolayı yolla təsdiqləyib: “Azərbaycanda mövcud olan indiki ictimai-siyasi şəraitdə prezident seçkilərindən danışmaq özünü lider hesab edən şəxs üçün ayıb olar. Əvvəl minimal seçki şəraitinə nail olmaq lazımdır. Sonra namizədliyimi irəli sürsəm, Fuad müəllim və başqa kimlərinsə məni dəstəkləyəcəyini demək olar. İndiki halda hələ tezdir”.

Geri qayıt