Əsas Səhifə > Sosial, Manşet > MƏKTƏB DİREKTORU MÜƏLLİMƏ «CINDIR» DEDİ
MƏKTƏB DİREKTORU MÜƏLLİMƏ «CINDIR» DEDİ10-11-2011, 14:27 |
MİSİR MƏRDANOVUN SAHƏSİNDƏ TAM «BESPREDEL»DİR DİA.AZ: - Azərbaycanın təhsil sisteminin bərbadlığı ən çox işlənən mövzulardan olub. Amma buna baxmayaraq, hələ də hansısa problemin həlli yönündə ciddi addım atılmır. Əksinə, «Azərbaycanın təhsil sisteminin anasını ağladan» imicini qazanmış təhsil naziri Misir Mərdanova nəinki «gözün üstündə qaşın var» deyilmir, günbəgün mövqelərini dha da möhkəmləndirir. Təbii ki, cəzasızlıq olanda təhsil sisteminin bərbadlığını təmin edən digər xırda ranqlılar da özlərini daha da sərbəst aparmalıdırlar. Onlardan biri də Bakının mərkəzi rayonu olan Səbayeldə yerləşən 91 saylı orta məktəbdir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) müraciət edən bir qrup valideynin və həmin məktəbin məllimlərinin sözlərindən belə aydın olur ki, 91 saylı orta məktəbin direktoru Sevtlana Zülfüqarova rəhbəri olduğu təhsil ocağına bir bazar kimi yanaşır. Bu barədə şikayətçi düşən valideynlərin redaksiyamıza söylədikləri: «Svetlana Zülfüqarova məktəbdə əməlli-başlı bazar açıb. Müxtəlif bəhanələr adı altında şagirdlərdən pul yığır. Hansısa «reket» qəzetə bütün məktəbi abunə etdirir. Amma əmin qəzeti görən də olmur». Müəllimlərin dərdi isə daha böyükdür: «Başa düşürük ki, təhsilə aid qəzetə abunə olmalıyıq. Bəs bizə dəxli olmayanlara görə, niyə hər birimizdən əlavə 20 manat pul tutulur. Heç həmin qəzetlərin üzünü də görmürük. Qəzeti tələb edəndə isə deyirlər ki, gedin kitabxanada oxuyun və sonra qaytarıb yerinə qoyun». Müəllimlər bu günlərdə baş verən dəhşətli bir hadisəni də redaksiyamıza açıqladılar: «Direktor məktəbin bufetini də özü işlədir. Və müəllimlərin əksəriyyəti imkansız olduğundan evdən özü ilə yemək gətirir. Həmin müəllimləri, yəni direktorun bufetindən alver etməyən müəllimləri isə Svetlana Zülfüqarova çox pis sözlərlə təhqir edir, onları hətta «cındır» adlandırır». Daha sonra isə müəllimlər bildirdilər ki, Svetlana Zülfüqarovanın əsas gəlir yerlərindən biri dərs saatlarının bölüşdürüləsi ilə bağlıdır: «Pulu olmayan müəllimə dərs saatı verilmir. Hətta etiraz edənlər hədələnir də. Belə özbaşınalıq olarmı?» Onu da bildirək ki, redaksiyamız Svetlana Zülfüqarovanın davranışları ilə bağlı təhsil nazirliyinə sorğu xarakterli müraciət də ünvanlayıb. Araşdırmalarımız davam edir. Geri qayıt |