Əsas Səhifə > Siyasət, Manşet > İRAN AZƏRBAYCANDA TERROR EDƏ BİLƏR

İRAN AZƏRBAYCANDA TERROR EDƏ BİLƏR


9-11-2011, 12:00
İRAN AZƏRBAYCANDA TERROR EDƏ BİLƏR

«AVROVİZİYA-2012» YARIŞMASINA FASR-MOLLA SÜRPRİZİ

DİA.AZ: - Məlum olduğu kimi, gələn il Azərbaycan üçün çox mühüm bir ildir. Bu il Azərbaycandan olan ifaçıların «Avroviziya» kimi nüfuzlu bir yarışmada qələbə qazanmasının ardından, ölkəmizin bu möhtəşəm mahnı yarışmasına ev sahibliyi etməsi qərarı verilib. Eyni zamanda 2012-ci ildə Azərbaycan U-17 Qadınlar arsında futbol üzrə dünya çempionatına da ev sahibliyi edəcək. Bir sözlə, gələn Azərbaycan üçün çox mühüm və vacib tədbirlərlə zəngindir.

Elə buna görə də, hazırda Azərbaycan paytaxtı bir tikinti meydançasını xatırladır. Dünən daxili işlər nazirliyində də «Avroviziya-2012» mahnı yarışması ilə bağlı əməliyyat müşavirəsi təşkil olunub. Yəni ölkəmiz tədarük içindədir.

«Dünya» İnformasiya Agentliyi redaksiyası (diaaz.space) olaraq əldə etdiyimiz xəbərlərdən aydın olur ki, tək tədarük içində olanı biz deyilik. Söhbət Azərbaycanda təxribat törətmək niyyətində olan maraqlı qüvvələrdən gedir.

Təbii ki, maraqlı qüvvə dedikdə ilk olaraq yada düşəni də Azərbaycanın tarixi torpaqlarının böyük hissəsini öz nəzarəti altında saxlayan, cənüb qonşumuz - İran adlı dövlət yadadüşür. Son zamanlar ölkəmizə qarşı təxribat xarakterli hərəkətlənmələrini daha da intensivləşdirən rəsmi Tehran artıq Azərbaycan dövlətini həzm edə bilmədiyini nümayişkaranə şəkildə ortaya qoymaqdadır.

Hər addımda Azərbaycan dövlətini və Azərbaycan türkünü aşağılayan, Azərbaycanın dövlət rəsmilərinə, dövlət atributlarına həqarət edən fars-molla rejiminin ölkəmizdə dəfələrlə terror aktı törətməyə cəhd etməsi də bir fakt kimi gündəmə gəlməkdədir.

Məsələn, bu bir faktdır ki, bu ilki Novruz Bayramı ərəfəsində İrandan olan təxribatçıların Bakıda təhlükəli asiyaları həyata keçirmə niyyəti olub. Hətta bu səbəbdən azərbaycan prezidenti İlham Əliyevin Novruz Bayramı ilə bağlı dövlət tədbirinə qatılmadığı da bildirilir.

Bu arada isə okeanın o tayından İranın Azərbaycanla bağlı çirkin niyyətlərini ifşa edən çox mühüm faktlar açıqlandı. Belə ki, ABŞ-ın Yaxın Şərq Siyasəti İnstitutunun terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramının direktoru doktor Metyu Levit “İran əməliyyatları: Amerika torpağında terror” mövzusunda məruzə ilə çıxış edərkən çox vacib məqamlara işıq salıb.

Xatırladaq ki, sözügedən çıxış ABŞ Nümayəndələr Palatası, Milli Təhlükəsizlik üzrə Alt Komitə, terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramı və Nəzarət, Araşdırmalar və İdarəetmə üzrə alt komitənin birgə dinləmələri zamanı baş tutub.

İranın xarici siyasət aləti kimi terrorizmdən istifadə etməsindən danışan Levit konqresmenlərin diqqətini Hizbollah yaraqlılarının İsrailin marağında olan bir sıra obyektə hücumuna yönəldib. “Son illər onlar Azərbaycan, Türkiyə və Misirədək nəhəng məkanda fəaliyyət göstərirlər. İran yaraqlılarının terror əməliyyatları “Əl-Qüds ordusu” təşkilatının üzvləri ilə birgə həyata keçirilir”.

“Əl-Qüds ordusu” xaricdə, ilk növbədə Azərbaycanda və Türkiyədə bir neçə uğursuz cəhd həyata keçirib. Onun Hizbollah ilə əməkdaşlığı belə düşünməyə əsas verir ki, qrupun imkanları və təcrübəsi yoxdur.

Rdaksiyamızın İsrailin «Dekba» saytına istinadən yaydığı məlumatda isə bildirilir ki, fars-molla rejimi gələn il üçün Azərbaycanda müəyyən təxribat xarakterli addımlara imza atmağa hazırlaşır. Bu barədə mənbə idida edir ki, İran Azərbaycanda hər zaman öz gücünü nümayiş etdirməkdə maraqlı olub:

«Onlar üçün 2012-ci ilin Bakısı həlledicidir. Hər halda, bu yolla rəsmi Tehran beynəlxalq aləmə də nümyiş etdirmək istəyəcək ki, Azərbaycan onların evidir və kimsəyə güzəşt etməyəcəklər».

Daha sonra mənbə son zamanlar İranın Azərbaycan əleyhinə yürütdyü təbliğat kampaniyası barədə də müəyyən bilgilər verib.


Geri qayıt