Əsas Səhifə > Manşet / Hadisə > İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB?

İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB?


Bu gün, 10:10

Hal-hazırda ölkə gündəmini məşğul edən Ramiz Mehdiyev məsələsi bir çox məmurların da kürkünə birə salıb. Yerli KİV-də yer alan informasiyalardan belə aydın olur ki, keçmiş PA rəhbəri görəvdə olmamasına rəğmən zamanında komandasında olmuş məmurları hətta kənardan belə yönəltməyi bacarıb və buna Ramiz Mehdiyevə bu günə kimi sadiq qalan məmurlar da könüllü olaraq şərait yaradıb.

Xatırlada ki, keçən həfətnin sonlarından et6ibarən artıq müxalifətin tanınmış simaları da Ramiz Mehdiyev işi ilə bağlı silisə çəkilir. AXCP rəhbərliyinə aid bir neçə şəxs barəsində artıq həbs qərarı da verilib.

Bu arada sıranın hazırda da görəv başında olan məmurlara, konkret olaraq isə böyük təsir imkanı olan icra başçılarına çatacağı da şübhə doğurmur.

"DİA-AZ" olaraq bir neçə gün əvvəl verdiyimiz xəbərdə qeyd etmişdik ki, Mehdiyevin əlindən su içib də sona qədər ona biət edənlər sırasında hazırda Ağsuya rəhbərlik edən Rövşən Bağırov da var. Onun artıq istintaq tərəfindən dindirildiyi də iddia olunur.

Eyni zamanda Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun da sorğu-suala çəkildiyi deyilir.

Məlumatlara görə, proses davam edir və sorğu-sual edilən məmurların hətta həbsi belə mümkündür. Necə ki artıq belə bir həbslərə şahidlik etməkdəyik. Söhbət təbii ki, AXCP rəhbərliyinə aid şəxslərin, habelə Mehdiyevin keçmiş köməkçisinin və sabiq PA şefinə yaxın digər şəxslərin həbsindən gedir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...


Geri qayıt