Əsas Səhifə > Manşet / Siyasət > "8 manata görə daimi müştərini necə itirmək olar?"

"8 manata görə daimi müştərini necə itirmək olar?"


Dünən, 02:06

 "Umico Market və onların partnyoru Birmarket ilə yaşadığım absurd, həm də gülməli bir təcrübəni bölüşmək istəyirəm. Məsələ 8 manatlıq şüşə deyil, məsələ müştəriyə olan münasibət və məntiqsizlikdir..." "DİA-AZ" xəbər verir ki,, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımında Nurlan Bağırlı adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Qısa xronologiya: Mən Umico-dan daimi alış-veriş edən biriyəm (telefon, planşet, çexolunu və s. çox şeyi oradan davamlı almışam). Son sifarişimdə planşet üçün ekran qoruyucu (şüşə) sifariş etdim.
Kuryer Dilemması: malı götürəndə"Açım yoxlayım" dedim. Cavab standart Azərbaycan reallığı: "Yox, açmaq olmaz, onsuz da nəsə olsa mənlik deyil, 915-ə zəng edərsiz". Mən də güvənib götürdüm.
Sürpriz: Paketi açanda şüşənin paramparça olduğunu gördüm (Şəkillər əlavə olunub).
Texniki Biabırçılıq: Elə həmin dəqiqə (21.11.2025) tətbiqdə "Qaytarma" sorğusu açmaq istədim, sistem "Xəta" verdi (Şəkli var). WhatsApp dəstəyə yazdım, "bu gün həll edəcəyik" desələr də, sorğunu 2 gün sonra (23.11.2025) zorla açdılar.
Və başladı bəhanələr teatrı:
Pərdə 1: "Qəbz yoxdur". Zəng edib dedilər ki, "Qəbzi göndərməmisiz, ona görə qaytara bilmərik". XXI əsrdə, elektron ticarətdə, bütün sifariş tarixçəsi sistemdə ola-ola kağız qəbz tələb etmək nə deməkdir? Üstəlik paketin üstündəki barkodu və sifariş nömrəsini göndərdim (Şəkli var).
Pərdə 2: "Siz sındırmısız". Qəbz bəhanəsi tutmayanda, rəsmi imtina göndərdilər: "Səbəb: Əmtəə görünüşünün pozulması".
Pərdə 3: Operatorun "Qazlaytinqi". Operator israrla məni günahkar çıxarır ki, "Gərək kuryerin yanında açardınız". Deyirəm axı kuryer icazə vermir, deyir "Mənlik deyil". Operator isə deyir "Kimsə sizə qadağa qoya bilməz". Yəni, nəzəriyyə başqa, reallıq başqa.
UMICO-ya Sualım: Siz mənə rəsmi cavabda yazmısız ki, malın əmtəə görünüşü (qablaşdırması) pozulub deyə qaytarmırıq. Məntiq sualı: Mən paketi (zərfi) AÇMADAN içindəki şüşənin qırıq olduğunu necə bilməli idim? Mənim rentgen gözlərim var, yoxsa falçıyam? Bu, "Paketi açmısansa qaytarmırıq, açmasan da sınıq olduğunu sübut edə bilməzsən" tələsidir.
Nəticə: 8 manata görə bu qədər bürokratik oyun qurmaq, daimi müştərini (potensial minlərlə manatlıq dövriyyəni) itirmək biznes intiharıdır. Mən o 8 manatla kasıb olmaram, amma siz etibar itirdiniz".


Geri qayıt