Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > "Etdiyiniz günahlara görə cavab verməli olacaqsınız!"

"Etdiyiniz günahlara görə cavab verməli olacaqsınız!"


26-11-2025, 11:22

Dünən "DİA-AZ" olaraq SOCAR Azəriqaz İstehsalat Birliyində çalışan 2-ci Qarabağ müharıbəsi veteranı Daşqın Abbasovun gileyini ictimailəşdirmişdik.
YAZISI BURADA: AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Qeyd edək ki, Daşqın Abbasov yenidən problemi ilə bağlı Neftçilərin Hüqualarının Müdafiəsi Təşkilatına (NHMT) müraciət ünvanlayaraq ölkə rəhbərliyindən kömək istəyib.
D.Abbasov yazır: "Hal-hazırda Göyçayda Təmir-bərpa və texniki baxış xidmətində 1 rəis və 1 usta yeri, həmçinin Qəza-bərpa xidmətində 6 usta yeri boşdur. Buna baxmayaraq, mənə Azəriqaz İB tərəfindən bildirilir ki, iş təcrübəm usta vəzifəsinə uyğun gəlmir.
Sual yaranır: necə ola bilər ki, mən✅ Kürdəmir XS-də böyük mühəndis, yəni aparıcı mütəxəssis kimi çalışdığım halda sənədlərimin həmin vəzifəyə uyğun olmadığı iddia edilir?
Əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi, Cənab Prezident dəfələrlə çıxışlarında müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsini, onların incidilməməsini tapşırıb. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, hər bir veteranın zəruri tələbatını təmin edən səviyyədə müxtəlif sosial xidmətlərlə təmin olunması, fiziki və psixoloji sağlamlığının qorunması və fəal uzunömürlülüyü üçün şərait yaradılması nəzərdə tutulur..."
Qeyd edək ki, bu olaya reaksiya verən NHMT sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri təcili müdaxiləyə də səsləyib. M.Qəhrəmanlı Eyni zamanda sərt reaksiyası ilə də diqqətə gəlib:
"Bu kimi hallarda həmişə yazıram ; "zamana ehtiyacı var.." Sözüm işçi haqqını tapdayan məmurlaradır... Vallah... inşallah... etdiyiniz günahlara görə cavab verməli olacaqsınız!"

Geri qayıt