Əsas Səhifə > Manşet / Sosial > Yasamalda 1 ekskovator və 1 “KamAZ” bir neçə aya 17 milyonluq söküntünü necə HƏYATA KEÇİRİB?
Yasamalda 1 ekskovator və 1 “KamAZ” bir neçə aya 17 milyonluq söküntünü necə HƏYATA KEÇİRİB?26-11-2025, 09:52 |
|
İcra hakimiyyətlərinin əsaslı təmir və bərpa əməliyyatları bitib tükənmir. Məsələn, 2025-ci ilin 7 ayında Yasamal RİH-nin başçısı Elşad Həsənov 21.767.741,2 manatlıq tender müqaviləsi bağlayıb və xərcləyib də. Tezadlar.az tender.gov.az-a istinadla apardığı araşdırma bunu təsdiqləyir: Məsələn, bağlanmış əsas müqavilələr belədir:
-“Ramco” Qapalı Səhmdar Cəmiyyəti – Köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi – 17.051.000 AZ
-NEkspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN
-İST Firması – Aİ-95 markalı benzin – 10.560 AZN
-“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN
-“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 763.401 AZN
Diqqət edin, “Ramco” QSC köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsinə 17.051.000 manat xərcləyib. Bu, söküntü işləri deməkdir. Halbuki hamı görüb və bilir ki, Yasamaldakı 1 və ya ikimərtəbəli evlərin sökünüb zir-zibilinin daşınmasında bir ekskovator və bir “KamAZ” iştirak edib, 4-5 də fəhlə! Bu qədər pula???
Geri qayıt |