Əsas Səhifə > Manşet / Cəmiyyət > BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR?

BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR?


Bu gün, 11:02

"Mən SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Oğuz rayonu Xidmət sahəsində işləyirəm. Əmək haqqım 436 manat təşkil edir bu məbləğin 147 manatını hökumət qaytarıb alır..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən "Azəriqaz" işçisi İslam Əliyev əlaqədar qurum və şəxslərə haqlı olaraq sual da ünvanlayır.
Narazı vətəndaş yazır: "Aldığım maaşdan aşağıdakı vəsait bu şəkildə tutulur:
 ✅ İşsizlik tutulması: 4.34 manat
 ✅ DSMF üçün tutulma: 26.06 manat
 ✅ Həmkarlar ittifaqı üçün üzvlük: 7.69 manat
 ✅ Gəlir vergisi adı ilə: 93.60 manat
 ✅ İcbari Tibbi sığorta üçün: 17.37 manat...
Bunlardan əlavə... şəxsən özümün banka olan borcuma görə, əmək haqqının 35 %-i kreditə tutulur.
Belə tutulmalarla ailə dolandırmaq olar?"

Geri qayıt