Əsas Səhifə > Manşet / Hadisə > "Bu gecikməni kim kompensasiya etməlidir?"
"Bu gecikməni kim kompensasiya etməlidir?"Bu gün, 10:10 |
|
Narazı vətəndaş başına gələnləri belə nəql edir: "Dünən kredit ödənişi etdiyim yerdə "Unibank"ln möhtəşəm "cash in ATM"si xarab olur və ödədiyim məbləğ sistemə oturmur. Mən bu gün səhər tezdən bankın özünə də müraciət etmişəm, qaynar xəttinə də. Qaynar xətt-dən deyirlər ki, məsələni təcili qeyd etmişik, baxılacaq... Nə bir tarix deyirlər... nə də baxılma müddətini bildirirlər. "Unibank"ın filialına da ərizə yazmışam... onlar da deyir ki, 3 iş günü ərzində həllini tapacaq. Amma əsas sualıma heç kim cavab vermir: bu ödəniş artıq 4 gün idi gecikirdi... mənim ucbatımdan... indi də çox güman ki, Allah bilir neçə gün də əlavə sizin günahınızdan gecikəcək. Bu gecikməni kim kompensasiya etməlidir? Və ümumiyyətlə mən niyə sizin ATM-nin nasazlığı ucbatından vaxtımı və əsəblərimi xərcləməliyəm?" Geri qayıt |