Əsas Səhifə > Manşet / Siyasət > BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar...

BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar...


Bu gün, 07:42

"Şikayətim "Madeyra" mebel mağazasındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əsmətxanım Məcidova adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Divan sifariş vermişəm, alanda dönə-dönə tapşırmışam ki, saat 17-dən sonra - mən işdən gələndə çatdırsınlar... Elə vaxtda gətiriblər ki, qonşudan xahiş etdim ki, qəbul etsin.

Gətirdikləri mebel defektlidir, zənglərimə mağazada cavab verən yoxdur. Təhvil-təslim kağızı onsuz da imzalanmayıb və verilməyib.

Nəyə görə mən defektli məhsul üçün ödəniş etməliyəm?

 Bir tərəfdə mebelin ayağı yoxdur, tam bağlanmır, balışlar başqa rəngdədir..."



Geri qayıt