Əsas Səhifə > Manşet / Gündəm > Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar...
Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar...Bu gün, 09:45 |
|
"Şikayətim "Kapital Bank"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlkin İsayev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Hörmətli Dövlət Vergi Xidməti ölkədə nağdsız ödənişin həyata keçirilməsi üçün mühüm addımlar atırsınız ancaq banklar açıq- aşkar buna maneə olur.
Nağdsız ödənişlə (kartla) məhsul almışam qüsurlu çıxıb geri qaytarılma eləmişəm. Banka yazıram ki, ödəniş karta nə vaxta köçər... mənə bildirirlər, 30 təqvim gününə.
1 həftədir ödəniş geri qaytarılmır. Əgər 30-cu təqvim günündə ödəniş geri qayıdacaqsa, alıcı nağd ödənişlə etməyə üstünlük verəcək. Bu birmənalı olaraq nağdsız ödənişdən yayındırmaqdır..."
Geri qayıt |