Əsas Səhifə > Manşet / Sosial > NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI...
NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI...Bu gün, 10:39 |
|
Naxçıvan Dövlət Universitetinin dosenti Abbas Əhmədov suriyalı alim B. Abbasın fizika sahəsindəki elmi araşdırmasını adına çıxıb, özünü “Google Scholar” elmi səhifəsində paylaşıb. “Google Scholar” elmi işlərin beynəlxalq şəkildə izlənildiyi platformadır və burada başqasına aid araşdırmanın müəllif məlumatlarını dəyişdirmədən öz hesabına əlavə edilməsi ciddi etik pozuntusu sayılır.
Abbas Əhmədov universitetin fəlsəfə üzrə dosenti, Beynəlxalq Münasibətlər və Hüquq fakultəsinin dekan müavinidir.
Universitetdəki mənbənin verdiyi məlumata görə, onu bu saxtakarlığa məcbur edən rəhbərliyin dosentlərdən elmi məqalə yazıb, adı çəkilən platformada paylaşmaq tələbi olub:
Hazırda universitet rəhbərliyi və Elmi Şura tərəfindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
“Gündəlik Naxçıvan”
Geri qayıt |