Əsas Səhifə > Manşet / Güney Press > Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edirBu gün, 16:03 |
|
Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı.
Örüş sahələrinin zəbt edilmsi ilə bağlı Sitat.info-ya müraciət edən şikayətçilər bildiriblər ki, iki gündür mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib, bu barədə nə mətbuatda, nə də İmişli Rayon İcra Hakimiyyətinin saytında bir açıqlama yoxdur. Videoreportajı izlə
Şikayətçilərin sözlərinə görə, deputat Razi Nurullayevin yaxın adamı, seçki kampaniyasında fəal iştirak edən Seymur Xudiyev son günlər Tiktok sosial şəbəkəsində canlı yayın açaraq, mal-bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Həmin şəxsin mal bazarında, tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. S.Xudiyev videolarda ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə, mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və sair mövcuddur. Qeyd edək ki, Seymur Xudiyev Xələfli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün deputat Razi Nurullayevin sədri olduğu Azərbaycan Milli Cəbhə Partiyasına müraciət etdik. Partiyadan bu mövzuda hər hansı açıqlama verilməyəcəyi bildirildi. Sitat.info Geri qayıt |