Əsas Səhifə > Manşet / Güney Press > "Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..."

"Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..."


Bu gün, 14:17

"Cənab nazir, mən Nəhməmmədova Gülər Əli qızı Bakı şəhəri Bilgəh qəsəbəsində yaşayıram. Cari ilin avqust ayının əvvəllərində Qəbələ rayonunda mülkiyyətimizdə olan torpaq sahəsində ev tikdirmək istəyirdik. Bunun üçün sosial şəbəkələrdə axtarış apardıq...." "DİA-AZ" xəbər verir ki, 
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazova ünvanlanmış bu paylaşımı özünün sosial şəbəkə hesabında jurnalist Arifə Əliyeva təqdim edib.
Daha sonra müraciətdə belə deyilir: "“T Qrup” (“Teymur” tikinti şirkəti) şirkəti endirimli qiymət təklif etdiyi üçün onu seçdik.
Şirkət Qəbələdə iki ev tikərək dekabr ayının sonunda təhvil verməli və biz də bunun üçün 112 000 manat ödəniş etməli idik. Avqustun 29-da şirkətlə müqavilə bağlayaraq ilkin olaraq 30 000 manat ödəniş etdik.
“T Qrup” heç bir tikinti aparmamasına baxmayaraq bir müddət sonra bizdən material üçün yenidən ödəniş istədi. Biz də sentyabr ayının əvvəllərində onun bank kartına 13 600 manat ödəniş etdik.
Lakin az sonra şirkətin rəhbəri yenidən bizimlə əlaqə saxlayaraq ödəniş tələb etdik.
Biz sentybarın 20-də şirkətin Nərimanov rayonunda yerləşən ofisinə getdik. Şirkətin rəhbəri özü olmasa da, işçiləri orda idi. Özünün də ofisə gəldiyimizdən xəbəri var idi.
Həmin gün şirkətin ofisində daha 32 300 manat pul ödəyərək Qəbələyə getdik. Gördük ki, heç tikinti işi aparılmayıb. İşlin bitməsinə bir ay qalmasına baxmayaraq sadəcə bir neçə daşı üst-üstə qoyublar. İndi şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də onunla görüşmək mümkündür. Aldadıldığımızı başa düşdük.
Onu da qeyd edim ki, yuxarıda qeyd etdiyim ödənişlərdən başqa şirkət rəhbəri bizdən tikinti işləri üçün icazə almaq adı ilə müxtəlif qurumlara ödəniş edilməsini deyərək bizdən əlavə pullar alıb.
Cənab nazir, Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi nəzarətinizə götürəsiniz..."

Geri qayıt