Əsas Səhifə > Manşet / Ölkə > LEO-BANK müştərini belə yola verir...

LEO-BANK müştərini belə yola verir...


Bu gün, 08:58

"Mənim şikayətim Leobankdandır. Litres.ru(kitab xidmətləri) saytına abunə olduğum üçün 9 noyabr tarixində mənim kartımdan 10.01 manat(8.48 əsas məbləğ + 1.53 ƏDV) tutulub. Litres.ru saytına müraciət etdiyim zaman abunəliyim ləğv olunub və elə həmin gün 10.01 manat karta geri qaytarılıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin Rüstəmov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "11 noyabr tarixində bank öz daxilində əməliyyat apararaq yenindən mənim kartımdan 10.01 manat tutub və bu dəfə mənə 8.48 manat qaytarıb. 1.53 manat ƏDV-ni geri qaytarmayıb.
Bununla bağlı dəstək xidmətindəki "whatsapp" hesablarına leobankdakı qeydiyyat nömrəmlə yazsam da yalandan üzümə durublar ki "whatsapp" nömrəniz leobank qeydiyyat nömrəsi ilə düz gəlmir. Halbuki hər ikisi eyni nömrədir.
Mənə təklif etdilər ki facebook ya da telegrama yazım. Mən də prinsipə düşərək facebookda yazdım. Mənə facebookda yenə vatsapdakı xanım cavab verdi ki bəs burada nömrəniz yoxdur, yenidən vatsapa yazın). Mən vatsapa yenidən yazdım, bu dəfə operator çağırma funksiyasını bağladılar.
Teleqramda da eyni ilə operator çağırma funksiyasını bağlayıb mənə cavab vermədilər.
Mən də prinsipə düşərək viber hesablarına yazdım. Viber hesabındakı şəxs əvvəlcə məni başından etmək istəsə də sonda mənim müraciətimi qeydiyyata aldı. Amma nədənsə obyektiv araşdırılma aparılacağına əmin deyiləm.
Mən 1.53 manata görə 3 saat bunların dəstək xidmətlərinə yazdım. Bunların etdiyi hərəkət insanı dolamaqdır. Bunun başqa adı yoxdur.
İstifadə edilməyən xidmətə görə ƏDV tutula bilməz. Onsuz da nəticə ala bilməsəm Mərkəzi Banka ərizə ilə müraciət edəcəm.Bunlar telefon nömrəsi bəhanəsi ilə mənim problemimdən boyun qaçıra biləcəklərini düşünürlər..."


Geri qayıt