Əsas Səhifə > Manşet / Hadisə > Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər

Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər


Bu gün, 07:52

Gəncə şəhər Regional Kollecdə baş verən qanunsuzluqlar, müəllimlərə qarşı göstərilən basqılar və vəzifədən sui-istifadə hallarının miqyası böyüyür. Redaksiyamıza daxil olan məlumata görə, kollecdə çalışan bir qrup müəllim Prezident İlham Əliyevə rəsmi müraciət edərək, yaranmış vəziyyətə müdaxilə olunmasını xahiş ediblər.

Müraciətdə qeyd olunur ki, kollecin direktoru Xoşqədəm Xudiyeva müəllimlərin əməkhaqlarını minimal əməkhaqqına yendirməklə onların könülü müəllimlikdən imtina etməsinə nail olmağa çalışır. Minimal əməkhaqqındanda az məbləğə müəllim işlətmək arzusuna düşən Xoşqədəm Xudiyeva bu məqsədinə Tərlaqn Qayıbovanı rəhbər təyin edib. Müəllimlərin sözlərinə görə, bu proses sistemli xarakter daşıyır və uzun müddətdir davam edir. Artıq kollecdə əmək haqqı narazılığı, psixoloji təzyiq və idarəetmədə qeyri-etik davranışlar gündəlik hal alıb.

Bundan əlavə, adı uzun müddətdir neqativ hallarda hallanan metodist Tərlan Qayıbova da müəllimlər nə pislik edə bilirsə russayağı əlindən gələni edir. Daha sonrada bir iki yalançı şahidlərlə işin içindən sivişməyə çalışır. Müəllimlər bildirir ki, o, kollecdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatından kənar istifadəsində, sənədlərin saxtalaşdırılması və resursların şəxsi maraqlar naminə yönləndirilməsində aktiv iştirak edir. Qayıbova illərdir bu vəzifədə olmasına baxmayaraq, fəaliyyəti daim ciddi narazılıqlarla müşahidə olunub.
Müəllimlərin müraciətləri dövlət qurumlarına da təqdim olunub. Onlar bu məsələ ilə bağlı həm hüquqi, həm də inzibati ölçülərin götürülməsini tələb edirlər.

Hazırda Gəncə Regional Kollecdə baş verən bu kimi özbaşınalıqların cəmiyyətin diqqətinə çatdırılması və məsul şəxslərin cavabdehliyə cəlb olunması üçün jurnalist araşdırmalarının da aparılması planlaşdırılır.

Bakunews.az


Geri qayıt