|
Tehsilmedia.az olaraq Emin Əmrullayevin Elm və Təhsil naziri olduğu dövrü araşdırdıq. Sizlərə təqdim edirik.
1. MÜTDA – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 2022-ci ildə yaradıldı. Hər kəs narazıdır. ARTİ ilə eyni səlahiyyətləri daşıyır, üzərinə düşən vəzifələri uğurla yerinə yetirmir. Eşqi Bağırov müəllimlərin hüquqlarını tapdalayır. Özünə dayaqlar yaratmaq üçün direktorlar təyin edir və həmin direktorlar məktəbdə at oynadır. Metodiki cəhətdən idarə etmə üst üstə düşmür. Üstəlik MİQ Sertifikasiya üzrə müəllimlərin haqqının tapdalanmasına rolu çoxdur. Qeyd edək ki, direktorlar, müavinləri, psixoloqlar, Sertifikasiya imtahanları hələ də rüşvətlə keçirilir. Heç kimi qəbul etmir, heç bir problemi həll etmir. Məktəblərin idarə sistemi tamamilə məhv edildi.
2. TKTA – Təhsildə Keyfiyyət Təminatı Agentliyi Akkreditasiya, lisensiya, məktəb və universitetlərin qiymətləndirilməsi bu quruma verildi. Əvvəlki “Təhsildə Keyfiyyət Təminatı Şurası”nı əvəz etdi. Məktəblərin monitorinqi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və sertifikatlaşdırmanın əsas hissəsi TKTA nəzarətinə keçdi. Eyni qurumlara yamaq kimi özünü göstərir, mütəxəssis yoxdur, rüşvətin tüğyan etdiyi yerdir. Heç bir addım hələ də atılmayıb və yeyinti yeri kimi məşhurdur.
3. Regional Təhsil İdarələri (RTİ-lər) 2021–2022-ci illərdə yaradıldı. Sadəcə iki Regional Təhsil İdarəsinə mütəxəssis təyin etdi. Qalan Regional Təhsil idarələrində rüşvət, qanunsuzluq, özbaşınalıq baş alıb gedir. Tamamilə uğursuz addım idi.
4. TEK (Təhsil TV, Təhsil kanalının rəqəmsal modernləşməsi)- sadəcə özlərinə xidmət üçün yaradıldığından xüsusi bir obyektivlik, humanistlik olmadı. Amma yenə də baş verənlər içərisində ən uğurlusu idi.
5. Dərslik və kurikulum proseslərinin mərkəzləşdirilməsi tamamilə təhsili məhvə apardı. Burda da atoynadanları yığdılar bir yerə hokka qalmadı etdilər. Xalqdan bir insan belə razı qalmadı.
6. ARTİ - o cür qurum kurs rəhbərləri, onun-bunun yaxınları, yaltaq adamlarla doldu. Heyf oldu. Alimlərin, professorların yerinə utanc verici insanlar gəldi. Təhsili ən əsas məhvi burdan başladı. Onu da qeyd edək ki, ARTİ Emin Əmrullayevin əsas gəlir mənbəyi oldu. Adı ARTİ amma özu uşaq-uşaq oyuncağı oldu.
7. Kurikulum və dərslik islahatları- Dərsliklərimiz məhv edildi. Kurikulum başlı-başına səhv idi. Kurikulumdan o qədər səhv var ki, yığıb yığışdıra bilmirlər. Dərsliklər isə göz önündədir. Bərbat haldadır. Valideyn narazı, müəllim narazı amma yenə də "yuxarılar" öz aləmindədir.
8. 2025-ci il geniş kurikulum islahatı Səhv yazılan kurikulumları səhvlərini aradan qaldırmaq üçün təkmilləşmə adı ilə yenidən təqdim etdilər. Amma yenə də səhvlər səhvlər arxasıncadır. Mütəxəssislərlə işləmədikcə belə də olacaq. Uşaqların tərcümə əsasında yazdığı, metodika nədir bilməyən, onun-bunun adamları iş keçmir.
9. Müəllim sertifikatlaşdırması Korrupsiya əməlləri çox oldu, qanunsuzluq, köçürmə halları, suallarla oynamaq, sistemdə problemlər, müəllimləri bilərək kəsmək, bilərək incitmək, qərəzli suallar oldu. Çoxlu mitinqlər oldu, şikayətlər oldu. Müəllimlərin kütləvi etirazı hədə-qorxu ilə, mafiya rejimi ilə susduruldu.
10. Direktorların müsabiqə ilə seçilməsi Müsabiqə adı ilə xüsusi tas qoyuldu. Məbləğlər dodaq uçurdacaq səviyyədə idi. Amma hər kəs özünə dayaq yaratmaq üçün öz "yaxın" larını direktor qoyub öz əməllərini yerinə yetirdi.
11. Müəllimlərin işə qəbulu (MİQ) sisteminin dəyişməsi. Müəllimlərin işsizliyi, vakansiya gizlədilməsi, sualların başlı başına qərəzli olması, kütləvi etirazlar, mitinqlər oldu. Hər kəs hədə-qorxu ilə susduruldu.
12. Məktəb şəbəkəsinin “rasionalizasiyası” Azərbaycanın indiki vəziyyəti üçün atılmış ən bərbat addımlardan biri idi. Bu təhsili uçuruma aparan addımdır. Bu addımın Azərbaycana uyğun olmaması dəfələrlə səslənsə də, yenə də Emin Əmrullayev öz ampluasında idi.
13. İnkluzivliyin inteqrasiyası yenə də vaxtsız atılmış addım idi. Çünki nə məktəblər, nə də müəllimlər buna hazır deyildi. Əksinə bütün valideynləri, müəllimləri və şagirdləri şikəst etdilər və etməyə davam edirlər. Bu addım çox erkən atıldı və heç bir şərait qurulmadan, heçbir təminat olmadan edildiyi üçün məhvə məhkumdur.
14. Univeristetlər heç elə bil təhsilin bir hissəsi deyil. Hər univeristet öz hegemonluğunu qurub yaşayır. Universitetlərdən qazanan ETN və TKTA oldu. Akkreditasiya adı ilə korrupsiyanı pik həddə çatdırdılar.
15. Elektron jurnal + Elektron qəbul Bu da öz növbəsində müəllimləri də, əsasən valideynləri çox narazı hala saldı. Nəzərə alın ki, elektron jurnal deyirik amma Azərbaycanda məktəblərin 4% - də internet var...
16. Yeni müəllim modeli. Baxmayaraq ki, hələ də bəzi ekspertlər sırf bu addıma görə Emin Əmrullayevin neçə ildir təhsili məhv etmək üçün atdığı sistemli addımı görməzdən gəlib bununla özlərini haqq qazandırmağa çalışırlar. Amma yenə də yersiz, bizim mentalitetə, hazırki vəziyyətə uyğun olmayan addımdır.
Geri qayıt
|