Gəncə Regional Kollecdə baş verən narazılıqlar bitmək bilmir. Redaksiyamıza daxil olan məlumata görə, kollecin direktoru Xoşgədəm Xudiyeva ilə bağlı yeni və ciddi iddialar səsləndirilib.
Bildirildiyinə görə, bir neçə müəllim rəhbərlikdəki neqativ hallarla bağlı aidiyyəti qurumlara rəsmi şikayət etdikdən sonra məqsədli şəkildə təzyiqlərə məruz qalıb. İddialara əsasən, direktor X.Xudiyeva həmin şəxsləri polisə verərək onlara qarşı inzibati və ya hüquqi tədbirlərin görülməsinə çalışıb.
Müəllimlər deyirlər ki, bu addımlar birbaşa onların səsini boğmaq və ictimaiyyətə çıxan narazılıqları susdurmaq məqsədi daşıyır. Vurğulanır ki, bu təzyiqlər kollecdə onsuz da gərgin olan psixoloji mühiti daha da ağırlaşdırıb, pedaqoji heyət arasında qorxu və narahatlıq yaradıb.
Hazırda kollecdəki bu gərgin vəziyyətə qarşı Təhsil Nazirliyi və digər nəzarət qurumlarının hansı addımları atacağı maraqla gözlənilir. BakuNews.az