Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Sonra deməyin ki... NİYƏ UDUZURUQ?..

Sonra deməyin ki... NİYƏ UDUZURUQ?..


Bu gün, 15:47

"Dünən Azərbaycanın futbol üzrə yığma komandası 0:2 hesabı ilə İslandiya yığma komandasına məğlub oldu. Səbəb? Məsələn: futbol meydançalarının yerində tikintilərin aparılması..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Tural Yusifov qeyd edib.
Jurnalist daha sonra bildirir: "Mən yaşadığım Hövsan qəsəbəsində uşaq və yeniyetməlik dövrümüzdə futbol oynadığımız bir meydança var idi. Bəli ot örtüyü, süni meydança deyildi. Sadə torpaq örtük. Hamımız elə yerlərdə oynamışıq da. Bir çox uşaqlar elə yerlərdən böyük futbola keçid edib. Bu stadion keçmiş Suraxanı İH-in başçısı H.Abutalıbovun təşəbbüsü ilə salınmışdı.
Əlqərəz…Ənənəvi taktika ilə hərəkət etdilər. Əvvəl stadionun torpaq örtüyünün tikanla örtülməsinə göz yumdular. Stadionun yarısı tikanlığa çevrildi. Uşaqlar meydanın ikinci yarısında oynamasınlar deyə, o hissədə zibil qablarını sıra ilə düzdülər (peykdən çəkilmiş fotodan da görünür).
Stadion yalnız onun ətrafında qaçan və yaşlı insanların tonusda qalmaq üçün sürətli yürüş etməsi üçün yararlı qalmışdı. Və bir gün….əvvəl ətrafını hasarladılar. Və 1 ay içərisində stadion böyük bir tikili ilə əvəzləndi.
Siz də deyirsiz ki, niyə uduzuruq. Uşaqların futbol oynaması üçün artıq nə həyətlərdə, nə də kənarlarda yer qalmayıb.
Futbol meydançasında zibil qabları da simvolik idi. Bizim üçün futbolun yeri elə oradı..."

Geri qayıt