Əsas Səhifə > Manşet / Hadisə > SOCAR-ın başbilənləri üçün TAMPACA

SOCAR-ın başbilənləri üçün TAMPACA


Bu gün, 10:47

"Qaz itir, yoxsa..? Sahə üzrə müstəqil və maraqlı qurumlar tərəfindən araşdırılmasına, dəqiqləşdirilməsinə ehtiyac duyulur?!!" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxsləri ölkədəki təbii qaz itkisi ilə bağlı şübhələrdən xəbərdar etməklə yanaşı, tədbir görülməsini də tələb edir.
NHMT sədri eyni zamanda konkret dəlillər də gətirib. "DİA-AZ" olaraq M,qəhrəmanlının ictimailəşdirdiyi istinadlı faktı təqdim edirik: "Yazdılar ki:
SOCAR Azəriqaz İB 2025-ci ilin qəbul etdiyi qazın ✅602 386 360 m³ (altı yüz iki milyon üç yüz səksən altı min üç yüz altmış kubmetr) hissəsini itkiyə verib. Bu göstərici 2025-ci ilin 10 ayına aiddir.
Ən çox itki verən regionlar isə bunlardır:
- Sumqayıt RQİİ – 84 390 880 m³ (səksən dörd milyon üç yüz doxsan min səkkiz yüz səksən kubmetr),
- Ağsu RQİİ – 34 666 793 m³ (otuz dörd milyon altı yüz altmış altı min yeddi yüz doxsan üç kubmetr),
- Lənkəran RQİİ – 38 776 331 m³ (otuz səkkiz milyon yeddi yüz yetmiş altı min üç yüz otuz bir kubmetr).
Ən az itki verən, yəni normativə uyğun göstəriciyə malik region isə Şəmkir RQİİ olub. Belə ki, Şəmkir RQİİ qəbul etdiyi qazın təxminən 6 faizi miqdarlnda, yəni 24 643 865 m³ (iyirmi dörd milyon altı yüz qırx üç min səkkiz yüz altmış beş kubmetr) qazı itkiyə verib..."

Geri qayıt