Əsas Səhifə > Manşet / Gündəm > Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR...

Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR...


Bu gün, 10:08

Bir müddət əvvəl ictimai diqqətə gələn Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbəri Tural Əhmədov maraqlı bir fikri səbəbindən sosial şəbəkələrin "bəzəyinə" çevrildi. Belə ki, bu ilin avqust ayında xaricdə təhsil imkanları barədə danışarkən cənab Əhmədov qeyd etmişdi ki, “özünə hörmət edən universitet imtahansız tələbə qəbul etmir”. "DİA-AZ" xəbər verir ki, onun bu fikri geniş müzakirələrə, eyni zamanda etirazlara da səbəb oldu.  Bizim işimiz bunda deyil.

Məsələ ondadır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbəri Tural Əhmədov əslində haqlı hesab oluna bilərdi, əgər öpzü də eyni zamanda ÖZÜNƏ HÖRMƏT QOYAN MƏMUR olaraq xarakterizə olunsaydı. Məsələn, bu bir aksiomdur ki, özünə hörmət qoyan məmur bütün XALQIN MALI olan dövlət büdcəsinə DƏDƏ MALI kimi yanaşmaz, dövlət büdcəsinə zəli kimi daraşmaz...
Amma aşağıda təqdim edəcəyimiz fakt da təsdiqləyir ki, cənab Tural Əhmədoiv belə bir keyfiyyətdən xalidir.

Məlumatlardan aydın olur ki, qeyri-formal və informal təhsilin tanınması fəaliyyətinin təşkilinə 73 780 AZN xərclənəcək. Məbləğ kiçik ola bilər... amma...

"DİA-AZ"-ın xəbərinə görə, xidməti “Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC göstərəcək. Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Yəni aydın olur ki, Tural Əhmədov cənabları tender keçirməyə lüz7um görməyib və bu ilk fakt deyil...

Unutmayaq ki, milyonlar qəpik-qəpik toplanır... 


Geri qayıt