Əsas Səhifə > Manşet / Hadisə > İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI...
İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI...Bu gün, 15:09 |
|
Qeyd edək ki, M.Qəhrəmanlı SAYĞACDƏYİŞDİRMƏ prosesinin özündə digər qanunsuzluqların da baş verdiyinə işarə edərək ekspertlərdən birinə istinadla bildirir: "Bildiyiniz kimi Azəriqaz İB gedən struktur dəyişikliyi ilə əlaqədar 10, 15 və 20 il iş təcrübəsinə malik bir çox mühəndis-metroloq artıq ya işdən azad olunub, ya da məcburən başqa sahələrə keçiriliblər. “Azəriqaz İB mövcud təlimatında göstərilir ki, sayğacların əvəz olunması Sayğac Əməliyyatları Xidmətinin çilingərləri tərəfindən icra edilməlidir. Lakin həmin vəzifə təlimatında sayğacların daşınması üçün xidmətə hər hansı nəqliyyat vasitəsinin ayrılması nəzərdə tutulmamışdır və çilingərlər də nəqliyyatla təmin olunmurlar.Məlumat üçün bildirmək istəyirəm ki, bu peşəyə (və ya vəzifəyə) artıq 100-dən çox qadın əməkdaş da işə qəbul edilib.
Sayğacın dəyişdirilməsi prosesi təhlükəli iş hesab olunur və təhlükəli işlərin siyahısına daxildir. Bu səbəbdən həmin işlərin icrasında çilingərlə bərabər mütəxəssis mühəndis və ya usta da iştirak etməlidir.
Sual: Rayon Qaz İstismar Sahələrinə son bir ayda təyin olunan Sayğac əməliyyatlrı xidmətinin çilingərləri.
-Siz təhkim olunduğunuz sahə üzrə sayğac əvəzetmə prosesini icra edərkən sizinlə birgə mühəndis və ya usta iştirak edirmi??
-Aktı bəs kim yazır?
- Ümumiyyətlə, bu işin icrası üçün sizə əlcək və ya açar dəstəri ilə təmin olunursunuzmu?
Qeyd: Əgər sizə sahədə hər hansı sayğacın əvəzlənməsi ilə bağlı xidmət rəisiniz tərəfindən göstəriş verilərsə, bu işə təkbaşına getməyiniz qətiyyən düzgün deyil — hüquqlarınızı bilməyiniz vacibdir.
Təkbaşına sayğac əvəzləməyin — hadisə baş verdiyi təqdirdə rəhbərliyiniz məsuliyyətdən yayınaraq “özbaşına getmişdi” deyə bilər..."
Geri qayıt |