Əsas Səhifə > Manşet / Sosial > "“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..."

"“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..."


Bu gün, 12:06

"Dünən getdiyimiz "ay_travell" turundan çox narazı qaldıq..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Qarşılanma məntəqəsinə gec gəldilər, yolda mağazada saxlamadılar, naharı da axşam saat 5-də restorana apardılar. Yolda böyüklü-uşaqlı acından ölürdük demək olar. Hər kəs aclıqdan və vaxt itkisindən əsəb və stress keçirdi. Turda yazılmış 3 yerdən 1 nə ümümiyyətlə aparmadılar bəhanə ilə ləğv elədilər.

“Göyçay Nar Festivalı” adıyla bizi aldadıb festival yerinə yox, park kimi bir yerə aparıb 2 saat yarım boş-boşuna gözlətdilər. Bu nə təşkilatçılıqdır axı? İnsanların həm pulunu mənimsəyib həm də gününü məhv etdilər!.."



Geri qayıt