Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Ramiz Mehdiyevin Naftalandakı adamı...
Ramiz Mehdiyevin Naftalandakı adamı...Bu gün, 12:00 |
|
Prezident Adminstrasiyasının sabiq rəhbərinin əlindən medal alan Arzu Məmmədov son aylara qədər Ramiz Mehdiyevlə əlaqə saxlayıb…
Uzun illər əvvəl Ramiz Mehdiyevin xeyir-duası ilə Naftalan rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunan Arzu Məmmədov sadiq Adminstrasiya sədrinin inanılmış adamlarından biri olub və son aylara qədər boz kardinalla əlaqə saxlayıb.
AzFakt.com-a göndərilən məlumatda qeyd edilir ki, təqribən 2010-cu illərdən bəri Naftalanda başçının kim olmasından asılı olmayaraq, Naftalan şəhərinin idarəsi de-fakto Arzu Məmmədovun əlində olub. Bu illər ərzində həddindən artıq varlanan Arzu Məmmədov həm də Naftalanın bütün gəlirli sahələrinə nəzarəti əlində saxlayır və bu sahələrlə bağlı Ramiz Mehdiyevə birbaşa hesabat verən adam olub. Bu vəziyyət 2018-ci ildə Ramiz Mehdiyev vəzifədən gedəndən sonra da davam edib.
Mənbə bildirir ki, Naftalanda hamının bildiyi bir şey var: Əgər bir işinin düzəlməsini istəyirsənsə, öncə Arzu müəllimə müraciət etməlisən, çünki şəhər təsərrüfatı şöbəsinin müdiri gəldi-gedər başçılardan daha güclüdür.
Qeyd edək ki, Arzu Məmmədov Naftalanda ən imkanlı məmur kimi tanınır. Onun Bakı, Mingəçevir, Gəncə və Naftalan şəhərlərində bir neçə mənzil və obyektlərinin olduğu deyilir.
Geri qayıt |